Haqqımızda

“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Haqqımızda

Bank haqqında

2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Biz, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2022-ci il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 648 mln AZN, aktivlərinin həcmi isə 9,218 mln AZN təşkil edib. Aparıcı banklardan biri olan PAŞA Bank, davamlı və sabit inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. Rəqəmlərlə bağlı ətraflı məlumatı "Maliyyə hesabatlar" bölməsindən əldə edə bilərsiniz.

PAŞA Bankın baş ofisi Bakıda yerləşir. Bankın paytaxtda və ölkənin bölgələrində ümumilikdə 5 biznes-mərkəzi, 3 filial və 1 mübadilə şöbəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunur. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradan PAŞA Bank, beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb. Bununla Bank, bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.

“PAŞA Yatırım Bankası” A.Ş. (Türkiyə törəmə şirkəti) öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də əməkdaşlarının gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank, korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir.

“PASHA Bank Georgia” SC (Gürcüstan törəmə şirkəti) korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank, müştərilərin maraqlarını korporativ strategiyanın əsas elementi müəyyən etməklə davamlı yüksəlişə hədəflənən fəaliyyət istiqaməti seçib. Bank, kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svap, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.

PAŞA Bank, dəfələrlə maliyyə yönümlü beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi, KSM proqramı və s. İstiqamətlər üzrə Azərbaycan bazarının lideri kimi tanınıb. 2011, 2012 və 2013-cü illərdə PAŞA Bank, "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı investisiya bankı" elan olunub. Həmçinin PAŞA Bank, 2013-cü ildə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" mükafatına və "Europe Banking Awards 2012" çərçivəsində özünün Korporativ Sosial Məsuliyyət proqramına görə “Avropada ən yaxşı bank” adına layiq görülüb. Həmçinin dünyanın aparıcı maliyyə institutlarından biri olan “Commerzbank AG” tərəfindən təsis olunmuş xüsusi “Trade Award” mükafatı 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunub. 2014-2015-ci illərdə "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı bankı" nominasiyasında qalib kimi PAŞA Bank seçilib.

2016-ci ildə Bank, "World Finance" jurnalı tərəfindən "Ən yaxşı bank qrupu" və "Ən yaxşı kommersiya bankı", “Global Finance” jurnalı tərəfindən isə "Ən yaxşı bank" mükafatları ilə təltif olunub. 2017-ci ildə PAŞA Bank, “EMEA Finance” tərəfindən “Azərbaycanın ən yaxsı bankı”, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ Sosial Məsuliyyət proqramı” və “Azərbaycanın ən yaxşı investisiya bankı”, “Global Finance” və “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxsı bankı” adlandırılıb. 2018-ci ildə PAŞA Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birgə təşkil olunan müsabiqə çərçivəsində “Təmassız POS terminal infrastrukturu üzrə lider bank”, “Global Finance” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və “Ən yaxşı özəl bank”, “The Banker” tərəfindən “İlin bankı” adlarına, eləcə də “Sap Value Award” mükafatına layiq görülüb. Bununla yanaşı, “World Finance” jurnalı PAŞA Bankı 2018-ci il üçün “Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatı ilə təltif edib.

2019-cu ilin yekunlarına görə PAŞA Bank “Korporativ Sosial Məsuliyyət proqramı” və “Ən fəal təhsil dəstəkçisi”, 2020-ci il ilin nəticələrinə əsasən isə “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron Bankçılıq”, “Korporativ Sosial Məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə qalib seçilib. Eyni zamanda, PAŞA Bank, “İnternet bankçılıq xidməti üzrə lider bank”, “Təmassız ödənişlər üzrə lider bank" və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” elan edilib.

2020-ci ildə "EMEA Finance" jurnalı tərəfindən PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı investisiya bankı” kimi fərqləndirilib. Həmçinin Bank, Mərkəzi və Şərqi Avropa və MDB ölkələri bazarlarında fəaliyyət göstərən maliyyə qurumları arasında "Ən yaxşı bank məhsulu" və "Ən yaxşı Korporativ Sosial Məsuliyyət proqramı" nominasiyalarının qalibi də seçilib.

2021-ci ildə Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib. Eyni ildə Azərbaycanda POS-terminal dövriyyəsinin həcminə görə PAŞA Bank "Best F2F Acquirer" adına layıq görülüb.

Beynəlxalq reytinq:

“Standard & Poor's” agentliyi, fevral, 2023 il: uzunmüddətli “B+” / qısamüddətli “B”

“Standard & Poor's” agentliyi, iyun, 2022 il: uzunmüddətli “B+” / qısamüddətli “B

PAŞA Bank bu gün 1.200 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Biz, Bankın ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üçün çalışır, beynəlxalq standartlara uyğun məhsul və xidmətlər təklif edirik. Biz, Azərbaycanda iri investisiya holdinqi kimi tanınan və sığorta, tikinti, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsiyik. Biz, Azərbaycanın ən gənc, eyni zamanda, ən iri banklarından biri olaraq daim əlimizi maliyyə və texnoloji dəyişikliklərin nəbzində tutur, bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyirik.

*1 USD - 1.7 AZN (01.03.2023)

PAŞA Bankın dividend siyasəti

1. Dividend Bankın xalis mənfəətinin səhmdarlar arasında onların sahib olduqları səhmlərin sayına mütənasib surətdə bölüşdürülməsi üçün nəzərdə tutulan hissəsidir.

2. Bank aşağıdakı hallarda dividendin ödənilməsini təmin edir:
- Bankın maliyyə vəziyyəti stabil və/və ya müsbət qiymətləndirildikdə, həmçinin inkişaf perspektivi olduqda;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dividendin ödənilməsi üçün hər hansı qadağa olmadıqda;
- Bankın Səhmdarlarının Ümumi Yığıncağının müvafiq qərarı qəbul olunduqda.

3. Mənfəətin (müvafiq vergilər çıxıldıqdan sonra) və ya onun müəyyən faizinin dividend olaraq ödəniləcək hissəsi müəyyən olunmuş qaydada hesablanır və Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən təsdiq olunur.

4. Dividendin ödənilməsi barədə Səhmdarların Ümumi Yığıncağı tərəfindən müvafiq qərar qəbul olunmazdan əvvəl, AR Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunaraq dividendlərin ödənilməsi üçün yazılı razılıq alınır.

5. Səhmdarların Ümumi Yığıncağı tərəfindən fərqli qayda müəyyən edilmədikdə, dividendin ödənilməsi qərarın qəbul olunduğu tarixdən sonrakı 10 iş günündən artıq olmayan müddət ərzində həyata keçirilir.

(yenilənmə tarixi 05.11.2020)

Bank rekvizitləri

Bankın hüquqi ünvanı və rekvizitlər:

Tam adı – “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti
Qısaldılmış adı - “PAŞA Bank” ASC
Poçt ünvanı - AZ 1005, Yusif Məmmədəliyev küçəsi, 13, Bakı şəhəri, Azərbaycan

Bankın rekvizitləri:
Kod: 505141
VÖEN: 1700767721
Müxbir hesab №:
AZ82NABZ01350100000000071944 (AZN)
AZ04NABZ01350200000000071840 (USD)
AZ30NABZ01350200000000071954 (EUR)
AZ16NABZ01350200000000019826 (GBP)
SWIFT BIK: PAHAAZ22

(yenilənmə tarixi 15.06.2020)

Missiya və məqsədlər

Missiya və məqsədlər

Strateji baxış:
PAŞA Bankın gələcəyə baxışı dünya səviyyəli məhsul və xidmətlərin göstərilməsinə, müştərilərin inkişafının dəstəklənməsinə, rəqəmsal kanalların inkişafının təşəbbüskarı olmağa sadiq qalaraq ən yüksək etik standartlara riayət edən, mükəmməl işgüzar nüfuza və əsaslı maliyyə gücünə malik Azərbaycanın aparıcı bankı olmaqdır.

PAŞA Bankın missiyası tərəfdaşlara xidmət göstərməkdir.
- Etibarlı maliyyə tərəfdaşı kimi müştərilərimizin ehtiyaclarına uyğun şəkildə müəyyən edilmiş, yüksək keyfiyyətli və innovativ məhsul və xidmətlər təklif etməklə onların bizneslərinin inkişafına və artımına öz töhfəmizi veririk;
- Məsuliyyətli bir işəgötürən kimi lazımi bilik və bacarıqlarla silahlandırılmış, təşkilatın dəyər və baxışına sadiq və müvafiq şəkildə səlahiyyətləndirilmiş insanlar yetişdirərək, peşəkar bir heyət qururuq;
- Məsuliyyətli korporativ vətəndaş kimi ölkə iqtisadiyyatının dayanıqlı inkişafının və cəmiyyətin tərəqqisinin tərəfdaşı qismində çıxış edirik;
- Bir maliyyə institutu kimi yeni imkanları dəyərləndirən, düşünülmüş strateji hədəflərə sərmayə yatıran və dayanıqlı maliyyə göstəricilərinə malik sağlam təşkilat olaraq səhmdar dəyəri yaradırıq;
- Bir təşkilat kimi biznesin şəffaf və düşünülmüş qaydada həyata keçirilməsi öhdəliyinə sadiq qalmağa davam edirik.

“PAŞA Bank” ASC İnkişaf siyasəti

(yenilənmə tarixi 03.03.2023)

İdarəetmə

Səhmdarlar

Bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), BLESS MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayev (≈ 5,0066%).

Səhmdarların hüquqları

1. Bankın adi səhmlərinə sahib olan səhmdarların Bank tərəfindən əlavə buraxılan səhmləri satın almaqda üstünlük hüququ vardır. Səhmdarın həmin üstünlük hüququ səhmdarın emissiyadan qabaq Bankda malik olduğu paya mütənasib olaraq tətbiq olunur. Səhmdarlara əlavə emissiya olunmuş səhmlər digər maraqlı alıcılara təklif olunan şərtlərlə eyni şərtlərlə təklif olunmalıdır.
2. Bank səhmlərinin 5 faizinə sahib olan sahmdarlar növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb edə bilərlər.
3. qanunvericiliklə və bu nizamnamə ilə müəyyən edilmiş qaydada bankın idarə edilməsində iştirak etmək, onun idarəetmə orqanlarına seçilmək və seçmək;
4. bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
5. bankın xalis mənfəətindən dividend almaq;
6. bankın fəaliyyətinə xitam verildiyi halda, kreditorların tələblərinin, hesablanmış, lakin ödənilməmiş dividendlərin, həmçinin imtiyazlı səhmlərin ləğvetmə dəyərinin ödənilməsindən sonra qalan Bankın əmlakının müəyyən hissəsini əldə etmək;
7. qanunvericiliklə və bu Nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

(yenilənmə tarixi 01.01.2023)

Struktur

Paşa Bankın Strukturu

Paşa Bankın strukturuna aparan link

Müxbir əlaqələr

Sosial məsuliyyət

Siyasət və hesabatlılıq

Korporativ İdarəetmə üzrə məlumatların açıqlanması

Korporativ standartlar

Risklərin İdarəedilməsi Üzrə Siyasət

Mükafatlandırma siyasəti

Mükafatlandırma sistemi Bankın korporativ idarəetmə mexanizminin əsas komponentlərindən biri kimi aşağıdakı prinsiplərə əsaslanır:
• mükafatlandırma sisteminin yaratdığı stimul Bankın rəqabət qabiliyyətliyinin artırılmasını təmin edir;
• mükafatlandırma sistemi risklərin idarə edilməsi və insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsini təmin edir;
• mükafatlandırma sistemi Bankın uzunmüddətli və davamlı inkişafının təmin edilməsinə yönəldilib.

(yenilənmə tarixi 01.01.2023)

Maliyyə hesabatları

Maliyyə hesabatları

Bankın rəsmi auditoru:
Ernst & Young Holdings (CIS) B.V.
Ünvan: Port Baku Tauers Biznes Mərkəzi
Cənub qülləsi, 9-cu mərtəbə,
Neftçilər prospekti, 153
Bakı, AZ1010, Azərbaycan
Tel: +994 12 4907020
Fax: +944 12 4907017
www.ey.com/az

2023

2022

Bütün siyahı

Davamlı inkişaf

Bizim dəyərlərimiz və müştərilərlə əməkdaşlıq fəlsəfəsi

Bizim dəyərlərimiz və müştərilərlə əməkdaşlıq fəlsəfəsi

Brendimizin fəlsəfəsi, şirkətin mövqeyini, mədəniyyətini, ənənə və dəyərlərini əks etdirərək, müştərilərlə iş münasibətlərimizi formalaşdırır. PAŞA Bankın fəlsəfəsi 5 əsas dəyər üzərində qurulub: Dürüstlük, Keyfiyyət, Gəlirlilik, Sahibkarlıq və Əməkdaşlıq.

Dəyərlərimizin vizual konsepsiyası loqotipin rəng qammasında öz əksini tapır. Təbiətdə enerji və alov rəmzi sayılan qırmızı rəng bankımızın lider mövqeyini, gücünü və aktivliyini əks etdirir. Həyat, yenilənmə, əbədi gənclik simvolu olan yaşıl rəng isə sabaha inam, pozitiv dünyagörüşü, hər zaman məqsədə nail olmaq və mükəmməlliyə hədəflənmək deməkdir.

Qədim mədəni ənənələr, mənəvi dəyərlər və müasir təfəkkürün, tarixi keçmişin və bugünümüzün simvolu olan loqotip, fəlsəfəmizin əsas ideyasını - yeni reallığın yaradılması ideyasını - özündə əks etdirir.

(yenilənmə tarixi 04.05.2023)

Risklərin idarə olunması

Likvidlik riskləri

Likvidlik riski planlaşdırılmış və/və ya gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilməməsi və bankın əlavə likvid fondlara çıxış imkanlarının azalması riskidir.

PAŞA Bankda likvidlik risklərinin idarə edilməsi aşağıdakı vasitələrlə təmin edilir:
• Risk əsaslı qərar qəbuletmənin effektiv və proaktiv risk idarəetmə strategiyaları ilə birlikdə tətbiqi;
• Aktivlərin keyfiyyətini və davamlı gəlirliliyi təmin etmək;
• Risk məlumatlılığı mədəniyyətini yaratmaq, onu qorumaq və inkişaf etdirmək;
• Hədəflərimizə çatmaq üçün hesablanmış riskləri qəbul etmək.

Likvidlik riskini idarə etmək üçün PAŞA Bank aşağıdakı prosedurları tənzimləyən Likvidliyin İdarə edilməsi Siyasətini hazırlamışdır:
o Gün ərzində likvidliyin idarə olunması;
o Cari likvidliyin idarə olunması;
o Struktur likvidliyin idarə olunması.

Bankın işıqforlar sistemi (qırmızı, sarı və yaşıl zonalar) vasitəsilə bütün maliyyə və qeyri-maliyyə riskləri idarə edən adekvat bir Risk İştahası Bəyannaməsi var.

Likvidlik risklərinin idarə olunması üçün aşağıdakı risk alətlərindən istifadə olunur:
• Likvidlik nəzərə alınmaqla riskə məruz dəyər (VaR) metodları
• Riskə məruz likvidlik (LaR) üsulları
• Stress VaR üsulları
• Dinamik likvidlik “gap” təhlili
• Bazel təlimatına əsaslanan Likvidliyin Örtülmə Əmsalı (LCR)
• Bazel təlimatına əsaslanan Xalis Sabit Maliyyələşdirmə Əmsalı (NSFR)
• Risk büdcəsi
• Müddət limitləri
• Stress testlər
• Ssenari təhlilləri
• Borc vermə qabiliyyətinə qoyulan limitlər
• Maliyyələşmə imkanlarına qoyulan limitlər
• Təmərküzləşmə limitləri

Bankda likvidlik risklərinin idarə edilməsi və nəzarəti üçün görülən əsas tədbirlər aşağıdakılardan ibarətdir:
• Bank ödəniş öhdəliklərini hər zaman yerinə yetirə biləcəyini təmin edir. Zəruri hallarda, Bank gün ərzində likvidlik riskini idarə etmək üçün tədbirlər görür. Yenidən maliyyələşdirmə mənbələrinin və likvidlik buferlərinin kifayət qədər şaxələndirilməsini təmin etmək və konsentrasiya riskinin azaldılması məqsədilə Bankda effektiv monitorinq və limit parametrlərindən istifadə edilir.
• Bank yaxınlaşan likvidlik çatışmazlığının erkən tanınmasını təmin edir. Bunun üçün adekvatlığı mütəmadi olaraq nəzərdən keçirilən prosedurlar qurulur. • Bank proqnozlaşdırılan nağd pul daxilolmaları ilə gözlənilən nağd pul çıxışını müqayisə etmək məqsədilə likvidlik hesabatları hazırlayır. Bu likvidlik hesabatları qısa, orta və uzun müddətə likvidlik vəziyyətini təqdim edir. Normal bazar şəraitində nağd pul axınlarındakı dalğalanmalar likvidlik hesabatlarında kifayət qədər əks olunur.
• Bankın gərgin bazar şəraitində belə yaranmış likvidlik ehtiyaclarını nə dərəcədə təmin edə biləcəyinə diqqət yetirmək vacibdir. Bunu edərkən, aktivlərin likvidlik dərəcəsinə xüsusi diqqət yetirilir. Uyğun yenidən maliyyələşdirmə mənbələrinə Bankın daimi çıxışı müntəzəm olaraq nəzərdən keçirilir. Likvidlik vəziyyətinin qısamüddətli pisləşməsinin qarşısını almaq məqsədilə, Bank kifayət qədər davamlı likvidlik buferlərini (məsələn, yüksək keyfiyyətli likvid aktivləri) saxlayır.
• Bank, bir sıra stress hadisələrinə qarşı durmaq üçün yüksək keyfiyyətli likvid aktivlərinin yastığı da daxil olmaqla, kifayət qədər likvidliyin qorunmasını təmin edən likvidlik riskinin idarəetmə çərçivəsini yaradır.
• Bank biznes fəaliyyətinin dəyərləndirilməsi zamanı yarana biləcək likvidlik xərclərini, onun faydalarını və riskləri Bankda performansın ölçülməsi ilə uzlaşdırır və bununla da ayrı-ayrı biznes sahələrinin risk götürmə qabiliyyətlərini onların yaratdığı likvidlik riskinin həcminə uyğunluğunu təmin edir.

Bank likvidlik riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, azaldılması, monitorinqi və nəzarəti, kommunikasiyası və hesabatı üçün sağlam bir prosesə malikdir. Bu proses aktivlər, öhdəliklər və balansdankənar maddələrdən yaranan pul vəsaitlərinin hərəkətlərini müvafiq zaman daxilində hərtərəfli proqnozlaşdırmaq üçün güclü bir çərçivəni əhatə edir.

(yenilənmə tarixi 19.02.2021)

Hüquqi risklər

Bank aşağıdakı məqsədlər üçün hüquqi risklərin idarəetmə sistemini təşkil edir:
- öz fəaliyyətinin legitimliyinin bütün sahələrdə təmin olunması;
- sazişlər bağlayarkən və müqavilə şərtlərini yerinə yetirərkən öz qanuni maraqlarına əməl etməsinin təmin olunması;
- Bank və onun işçilərinin qarşılıqlı münasibətlərində qanuni əsasların təmin olunması, əmək qanunvericiliyinə, işgüzar etika normalarına və korporativ etikaya Bank və onun  işçiləri tərəfindən riayət olunması.

Hüquqi risklərin idarəetmə sisteminin yaradılmasının əsas vəzifələri aşağıdakılardır:
- hüquqi risklərin idarəolunmasının vahid qaydada təşkili;
- hüquqi risklərin baş verməsinin qarşısını ala biləcək bütün bölmə və işçilərin hüquqi risklərin idarəetmə prosedurlarına cəlb olunması;
- Bankın hüquqi sferada maraqlarının yerinə yetirilməsi üçün mühüm və kifayət olan hüquqi risklərin aşkar olunması, qiymətləndirilməsi və nəzarət üzrə vahid prinsiplərin müəyyən olunması.

Hüquqi riskləri idarəetmə sisteminin təşkili üzrə əsas baza prinsiplərinə aşağıdakılar daxildir:
- hüquqi riskin müvafiq səviyyəsinin (kredit təşkilatının maliyyə sabitliyinə və onun kreditorları və əmanətçilərinin maraqlarına təhlükə törətməyən səviyyə) aşkar olunması, qiymətləndirilməsi və hüquqi risk səviyyəsinin, möhkəmləndirilmiş qaydada monitorinqinin (daimi müşahidə) müəyyən olunması;
- hüquqi riskin müvafiq səviyəsinin saxlanılması, o cümlədən riskə nəzarət və (və ya) minimallaşdırılması daxil olan kompleks tədbirlərin işlənib hazırlanması;
- hüquqi risk məsələləri üzrə məlumat təminatı qaydalarının nizama salınması (bölmələr və işçilər arasında məlumat mübadiləsi qaydası, hüquqi risklərin idarəetmə məsələləri üzrə hesabat və digər məlumatların təqdim olunması qaydası və  davamlılığı və sair);
- distansiyalı bank xidməti, o cümlədən internet-bankinq xidməti göstərən, bank əməliyyatları və digər sövdələşmələrin həyata keçirilməsi üzrə yeni texnologiyaların və şəraitlərin, digər maliyyə innovasiyaları və texnologiyaları hazırlayarkən və tətbiq edərkən, yeni bazarlara çıxarkən, hüquqi riskləri idarəetmə qaydalarının müəyyən olunması;
- Müşahidə Şurası, icra orqanları, bölmələr və işçilər arasında hüquqi risklərin idarəetmə üzrə əsas prinsiplərin həyata keçirilməsi sahəsində səlahiyyət və cavabdehliklərin bölüşdürülməsi;
- hüquqi riskin idarəolunmasının effektivliyinə nəzarətin həyata keçirilməsi qaydasının müəyyən olunması.

Şərh olunan prinsipləri nəzərə almaqla, Bank hüquqi risk səviyyəsinin azaldılması üzrə aşağıdakı kimi üsullardan (metodlardan) istifadə edir:
- bank əməliyyatlarının və digər sövdələşmələrin standartlaşdırılması (qaydalar, prosedurlar, əməliyyat və sazişlərin həyata keçirilməsi texnologiyaları, müqavilələrin bağlanması);
- standartlaşdırılmış əməliyyat və sövdləşmələrdən fərqlənən, Bank tərəfindən bağlanmış müqavilələrin və aparılan əməliyyat və digər sövdələşmələrin Hüquq şöbəsi ilə razılaşdırılması (uyğunlaşdırılması) üzrə daxili qaydanın müəyyən olunması;
- hüquqi risk amillərinin (istər məcmu halında, istərsə də onların təsnifi nöqteyi-nəzərindən) Bankın fəaliyyət göstəricilərinə təsirinin təhlili;
- daimi olaraq Azərbaycan Respublikasının qanunvericiliyində, Bankın ərazisində əməliyyatlar apardığı və ya əməliyyatları aparmağı planlaşdırdığı ölkələrin qanunvericiliyindəki dəyişiklərin monitorinqi;
- hüquqi riskin aşkar olunması, təsnifatı və qiymətləndirilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi;
- Bankın Hüquq şöbəsinin vahid icra orqanına tabe olması;
- Hüquqi xidmətin əməkdaşlarına, onların ixtisasının daimi artırılmasını təmin edən vəzifə yüklərinin optimallaşdırılması;
- maksimum miqdarda işçilərin qanunvericiliyə dair aktual məlumatları əldə etməsinin təmin olunması;
- işçilərin fəaliyyətlərinin hüquqi risk səviyyəsinə təsirindən asılı olaraq onların həvəsləndirilməsi;
- mümkün itkilər üzrə ehtiyatların yaradılması;
- hüquqi risklərin sığortalanması, o cümlədən mülkiyyət hüququnu itirmə riskinin sığortalanması.

Hüquqi risklərin idarəetmə sistemi Bank tərəfindən üç mərhələdə təşkil olunur:
- ilkin;
- cari;
- sonrakı.

İlkin mərhələdə, Bankın müqavilə münasibətlərinə daxil olmasına qədər hüquqi risklərin baş verməsinin qarşısını almaq üzrə inzibati, təşkilati və maliyyə tədbirləri üzrə sistem təqdim edir. Bu sistemə həmçinin Bankın işçiləri tərəfindən qanun pozuntularına yol verilməməsi üzrə kompleks tədbirlər daxildir.

Cari mərhələ, baş vermiş risklərin aşkar olunması, təhlili və qiymətləndirilməsi, eləcə də hüquqi riskin səviyyəsinin cari monitorinqindən ibarətdir.

Sonrakı mərhələ isə risklərin baş verməsinə səbəb olan sistemin təşkilindəki çatışmazlıqların təhlilindən, onun optimalaşdırılması üzrə tövsiyyələrdən və onun effektivliyinə nəzarətdən ibarətdir.

Riskin baş verməsinin qarşısını almaq məqsədilə Bank aşağıdakı tədbirləri görür:
- Bank maraqların toqquşmasını və keyfiyyəti idarəetmə risklərini istisna edən şəffaf və məqsədyönlü idarəetmə modelini formalaşdırır.
- Bank vəzifə təlimatlarında və (və ya) bölmələr haqqında Nizamnamədə təhkim olunan səriştəsiz və (və ya) əsassız fəaliyyətlərdən yayınmaq məqsədilə öz əməkdaşlarına qarşı ixtisas tələbləri müəyyən edir. Ixtisas tələbləri, o cümlədən Bankın rəhbərləri, əməkdaşları və Hüquq şöbəsi üçün təyin olunur.
- Bank işçilərin arasından əvvəllər qanun pozuntusu törətmiş şəxsləri, eləcə də cinayətkar yollarla əldə olunmuş gəlirlərin leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən şəxsləri kənarlaşdırmaq məqsədilə, Bank işçilərinin ilkin yoxlamasını aparır.
- Bank, xüsusi hüquqi proqramların yaradılması yolu ilə hüquqi məlumatlara daxil olma sistemini təmin edir və həmin sistemin istifadəçiləri (işləri məhz həmin sistemlə bağlı olanlardır) və onlar həmçinin Hüquq şöbəsinin işini təmin etmək üçün lazımi hüquqi-sorğu məlumatları əldə edir.
- Müştərilərin, ilk növbədə isə, kredit təşkilatlarının yüksək risk səviyyəsilə bank əməliyyatları və digər sövdələşmələr apardığı müştərilərin identifikasiyası və öyrənilməsi Proqramı, və mənfəət əldə edənlərin müəyyən olunması və identifikasiyası Proqramı Bank tərəfindən hazırlanıb və həyata keçirilib. Hüquq şöbəsi müştərilərin identifikasiyası ilə məşğul olan məsul şəxslərə hüquqi dəstəyi həyata keçirir.
- Bank öz işində “Müştərini tanı” və “Əməkdaşını tanı” prinsiplərini qəbul edir və onlardan istifadə edir.
- Bank hesabat verməli olan rəhbərləri və işçiləri və onların cavabdehliyini müəyyən edir, təsis və daxili sənədlərdə nəzərdə tutulan səlahiyyətlərə uyğun olaraq bank əməliyyatlarının və digər sövdələşmələrin aparılmasına dair qərarların qəbul edilməsi qaydalarını müəyyən edir; həmin qayda elə müəyyən olunur ki, bank fəaliyyətlərinin bütün mərhələlərində maraqların toqquşmasının qarşısı alınsın.
- Bank maraqlarının hüquqi müdafiə tələblərinə cavab verən standart müqavilə və sazişlərin hazırlanması, razılaşdırılması və təsdiq olunması sistemi Bank tərəfindən təşkil olunur.
- Bank müəyyən olunmuş hallarda aparılan əməliyyatların Hüquq şöbəsi ilə razılaşdırılması üzrə tələbləri müəyyən edir.
- Bank əməliyyatları və digər sövdələşmələr apararkən fəaliyyətin xüsusiyyəti və miqyaslarını nəzərə almaqla, o cümlədən cinayətkar yollarla əldə olunmuş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər üzrə daxili nəzarətin həyata keçirilməsi qaydası, Bank tərəfindən müəyyən olunur.
- Bank öz işçiləri üçün, onların ixtisas səviyyəsi və vəzifə dərəcəsindən asılı olaraq, həvəsləndirmə qaydalarını müəyyən edir; bu zaman onların hüquqi risklərin idarəetmə proseduralarına cəlb olunma dərəcəsi nəzərə alınır.
- Oğurluq və sui-istifadə hallarına yol verməmək məqsədilə, Bank məhdudlaşdırıcı tədbirlər görür (qiymətli əşyalar saxlanılan yerə girişin məhdudlaşdırılması, müvafiq işçilər ilə tam maddi cavabdehliyə dair müqavilələrin bağlanması, təhtəlhesab vəsaitlərin verilməsinə limit və s).
- Bank qanunverici bazadakı dəyişikliklərə cari nəzarəti həyata keçirir və daxili normativ sənədlərin vaxtında dəyişdirilməsi, həmçinin dəyişiklik barədə məlumatların öz işçilərinə çatdırılması işini təşkil edir. İşçilərin qanunvericilikdəki dəyişikliklər barədə məlumatlandırılması, qanunvericilik bazasının dəyişiklilərinin qısa xülasəsini daxil etməklə elektron paylama sisteminin təşkili yolu ilə, daimi olaraq Hüquq şöbəsi tərəfindən həyata keçirilir.
- Bank onun haqqında ortaya çıxan bütün məlumatların, onun işgüzar imicinə təsirinin qiymətləndirilməsi məqsədilə, monitorinqini həyata keçirir, həmçinin həmin məlumatların hüquqi qiymətləndirlməsini aparır.
- Bank onun ünvanına gəlmiş iradların hüquqi qiymətləndirməsini həyata keçirir və özünün qanuni maraqlarının qorunması üzrə lazımi tədbirlər görür.
- Bank daim işçilərinin öz vəzifə öhdəliklərinə riayət etməsinə nəzarət edir, qiymətli əşyaların mühafizə olunmasına cari nəzarəti müəyyən edir – yol verilmiş oğurluq və sui-istifadə hallarının vaxtında aşkar olunması məqsədilə, vəsaitlərin təhtəlhesab verilməsinə və materialların xərclənməsinə nəzarət və təftiş olunması (inventarlaşdırma).

(yenilənmə tarixi 16.12.2020)

Qeyri-maliyyə riskləri

Qeyri-maliyyə risklərinin idarə edilməsi Bankın Təşkilati Risklərinin İdarə edilməsi siyasəti çərçivəsində müvafiq risklərin idarə edilməsini təmin edir, bank əməkdaşları tərəfindən yol verilmiş nöqsan və səhvlər, proses pozuntuları, informasiya sistemi və texnologiyalarda baş vermiş problem, çatışmazlıqlar, habelə bankdankənar hadisələrlə əlaqədar yaranan risklərin idarə edilməsidir.

“PAŞA Bank” ASC-də qeyri-maliyyə risklərinin idarə olunması aşağıdakı məqsədlərlə təşkil olunub:

Qeyri – maliyyə risklərinin idarə edilməsinin əsas məqsədi Bankın strategiyasının reallaşdırılması, Bankın mənfəətinə və kapitalına təsir edən gözlənilən və gözlənilməz zərərlərin qarşısının effektiv alınması, qeyri – maliyyə risklərinin idarə edilməsi işinin təşkili və prinsiplərini müəyyən etməkdir.

Qeyri – maliyyə riskləri ikinci müdafiə xəttində fəaliyyət göstərərək bankdaxili prosesləri, insan səhvləri, texnologiya və kənar təsirlər nəticəsində yarana biləcək potensial və cari itkilərin aradan qaldırılmasında vahid risk çərçivəsinin, siyasətinin və effektiv idarəetmənin həyata keçirilməsini təmin edir.

“PAŞA Bank” ASC-də qeyri – maliyyə risklərinin idarə edilməsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Risk və insidentlərin idarə edilməsi
2. İnformasiya Texnologiyaları/Kiber risklərin idarə edilməsi
3. Dələduzluq Risklərin idarə edilməsi
4. Əməliyyat və Tənzimləyici risklərin idarə edilməsi

Qeyri-maliyyə risklərinin idarə olunmasının əsas əhatə dairəsi

- Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə rəy verilməsi;
- Bank üzrə qeyri – maliyyə itkiləri bazasının idarə edilməsi, ssenari modelləşdirməsi və stress testlərin keçirilməsi;
- İllik əsasda maarifləndirmə təlimlərinin, həmçinin yeni işçilərə və risk koordinatorlarına əlavə təlimlərin keçirilməsi;
- Davamlı olaraq Risk İştahası Bəyənnaməsinin (RİB) limiti çərçivəsində riskin vəziyyətinin nəzərdən keçirilməsi;
- Risk İştahası Bəyannaməsi (RİB) üzrə qeyri-maliyyə risklərinə aid olan göstəricilərə nəzarət edilməsi və Təşkilati Risklərin İdarə edilməsi siyasətinə uyğun olaraq Bankın RİB-nin qeyri–maliyyə hissəsinə dair təkliflərin verilməsi;
- Risk idarəetməsinin təmin edilməsi üçün sığorta proqramının tətbiq edilməsi və ona nəzarət, sığorta məbləğlərinin və komissiyalarının müəyyənləşdirilməsi, sığorta iddialarının ödənilməsi prosesinin idarə olunması;
- Bankdaxili səlahiyyətlərin və limitlərininin verilməsi üzrə rəyin bildirilməsi və müvafiq proseslərin idarə edilməsi;
- İllik əsasda Risk Qiymətləndirmə və Özünə Nəzarət (RCSA) prosesinin idarə edilməsi;
- Qeyri – maliyyə riski üçün kapital adekvatlığı əmsalının hesablanmasının koordinasiyası;
- Daxili audit aşkarlamalarının risk səviyyəsinin və təqdim edilən tədbirlər planının qiymətləndirilməsi, ehtiyac olduqda əlavə tövsiyələrin və tədbirlər planının təqdim edilməsi;
- İnsidentlərin idarə edilməsi, baş vermə səbəbinin aydınlaşdırılması, insident üzrə məlumatın vaxtında yenilənməsi, insidentlərə dair təqdim edilən tədbirlər planının effektivliyinin təhlili, onların icrasına nəzarət;
- Bankın səlahiyyətli qərarverici orqanlarına riskləri və insidentləri barədə hesabatın təqdim edilməsi;
- Bankın struktur bölmələri tərəfindən müştəri şikayətləri ilə bağlı təqdim edilən məlumatların nəzərdən keçirilməsi və ehtiyac olduqda əlavə məlumatın tələb edilməsi, şikayətlərin yaranma və ya təkrar olunma səbəbinin müəyyən edilməsi;
- Müştəri şikayətləri əsaslı sayılarsa, cavabdeh tərəflərə bu məhsul və ya xidmətin keyfiyyətinin artırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə müraciət edilməsi;

Qeyri – maliyyə risklərini tamamilə aradan qaldırmaq mümkün olmadığından, qeyri-maliyyə risklərinin idarə edilməsi komandası gündəlik bank prosesləri ilə bağlı riskləri azaltmağa və idarə etməyə diqqət yetirir. Qeyri-maliyyə risklərinin idarə edilməsi davamlı bir prosesdir və aşağıda qeyd edilmiş ümumiləşdirilmiş mərhələlərdən ibarətdir.

Riskin müəyyənləşdirilməsi

Riskin azaldılmasında ilk addım bankın bütün fəaliyyət sahələri, biznes prosesləri üzrə risklərin müəyyən edilməsidir.

Riskin qiymətləndirilməsi

Bütün risklər müəyyən edildikdən sonra potensial nəticələrə və baş vermə ehtimalına əsasən qiymətləndirilir. Bu risklərin idarə edilməsinin prioritetləşdirilməsinə kömək edir.

Risk yanaşma halları (tənzimləmə metodu)

Müəyyən olunmuş risklərə cavab tədbiri məqsədilə aşağıdakı risk yanaşma hallarından biri tətbiq edilir:
1. Riskdən yayınma
2. Riskin azaldılması
3. Riskin ötürülməsi
4. Riskin qəbul edilməsi

Nəzarət mexanizminin müəyyən edilməsi, qiymətləndirilməsi və fəaliyyət planının hazırlanması

Risklərə uyğun düzgün nəzarət mexanizminin və tədbirlər planının təyin edilməsi risklərin idarəedilməsində mühüm rol oynayır. Qeyri adekvat və ya effektiv olmayan nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üçün əlavə fəaliyyət planı müəyyən edilərək tətbiq edilir.

Riskin Monitorinqi və Hesabatı

Qeyri-maliyyə riskləri, riskin təsirinin və ya ehtimalının dəyişib-dəyişmədiyini görmək üçün müntəzəm olaraq qiymətləndirilir. Müəyyən edilmiş risklərin siyahısı davamlı yenilənməlidir. Əsas risk göstəriciləri və ölçüləri nəzarət mühitinin monitorinqi və risklərin baş vermə ehtimalını müəyyən etməyə imkan verir.

(yenilənmə tarixi 26.09.2023)

Kredit riskləri

Kredit ehtiyatlarının daha effektiv şəkildə yerləşdirilməsinin təmini prosesində risklərə nəzarət edilməsi məqsədi ilə “PAŞA Bank” ASC öz fəaliyyətində xüsusi işlənib hazırlanmış Kredit Siyasətini rəhbər tutur. Bankın Kredit Siyasətinin başlıca məqsədi pul vəsaitlərinin, minimal risk halında maksimum gəlir əldə etmək imkanı verən, eyni zamanda Bankın zəruri likvidlik səviyyəsini saxlamaqla, səmərəli və effektiv yerləşdirilməsindən ibarətdir.

Kredit Siyasəti kredit fəaliyyətinin məqsədlərini və prioritetlərini, onların realizasiyası üçün vəsaitləri və metodları müəyyən edir, kredit əməliyyatlarının təşkili və nəzarəti prinsiplərini, qaydasını əhatə edir.

Bankın Kredit Siyasətinin müәyyәnedici faktoru, borcların əsas məbləğinin və onlara aid faizlərin ödənilməməsi risklərinin azaldılması şərti ilə, kredit məhsullarının verilməsinin forma və metodlarının ən geniş seçimi şəraitində müştərilərin borc vəsaitlərinə tələbatlarının ödənilməsinə istiqamətləndirməkdən ibarətdir.

Bankın əsas diqqəti risklərə nəzarətin aşağıdakı prioritetlərinin müəyyən edilməsinə yönəlmişdir:

- Keyfiyyətli aktivlər
- Gəlir münasibətləri
- Kredit portfelinin keyfiyyətini yüksək səviyyədə saxlanılması ilə bərabər stabil artması.

Ehtiyatların ən yaxşı şəkildə yerləşdirilməsinə nail olmaq məqsədi ilə Bank aşağıdakı meyarlara riayət edir:

- Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri
- bankın missiya və korporativ strategiyası (o cümlədən yüksək etik standartların gözlәnilmәsi)
- bankın kredit mədəniyyəti
- təhlükəsizlik və ağıllı ehtiyatlılıq, yəni, yalnız qanuni və risk baxımından səmərəli sövdələşmələrdə iştirak

Bu məqsədlərə nail olmaq üçün Bank kredit portfeli qarşısında orta və uzunmüddətli strateji tələblər irəli sürür. Bu tələblər riskin strateji istiqamətləndirilməsinə və bank üçün münasib olan risk səviyyəsinə müvafiqdir. Bu strateji tələblərin müəyyən edilməsi zamanı hәrtәrәfli analiz aparılır, sonra isə onların gəlirlilik və risk səviyyəsi nəzərə alınır. Strateji tələblər vaxtaşırı gözdən keçirilir və zəruri olduqda onlara düzəlişlər və əlavələr edilir.

Kredit verilməsi prosesinə cəlb olunmuş hər bir bank əməkdaşının qarşısında fəaliyyətin Kredit Siyasəti çərçivəsində təmini vəzifəsi durur. Bütün kredit ərizələri bu ardıcıllıqla gözdən keçirilir: keyfiyyət, gəlirlilik, portfel artımı.

Bankın qəbul etdiyi kredit risklərini, Mərkəzi Bankın tələblərinin, eləcə də, bank fəaliyyətinin kredit risklərinin idarə olunmasının beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərin və standartların və bank nəzarəti üzrə Bazel komitəsinin tövsiyələrinin nəzərə alınması ilə minimallaşdırmaq məqsədi ilə, Bank kredit risklərinin idarə olunmasını aşağıdakı əsas prinsiplərə müvafiq olaraq həyata keçirir:

- Kredit fəaliyyəti sahəsində səlahiyyətlərin bölüşdürülməsi
- Kredit portfelinin diversifikasiyası
- Kredit portfelinin monitorinqi
- Mümkün zərərin ödənilməsinə uyğun ehtiyatların yaradılması.

Bankda borc alanların standart qiymətləndirilməsi vasitəsi kimi, daxili reytinq qiymətləndirilmə sistemi işlənib hazırlanmışdır. Müştərilər üzrə müxtəlif məlumat, aktivlərin keyfiyyətinin və Bankın kredit portfelinin bölünməsinin yaxşı anlaşılması üçün, Bank tərəfindən müxtəlif idarəetmə səviyyələrində istifadə olunur.

Öz fəaliyyəti ərzində Bank, mümkün zərərin müəyyən etmək məqsədi ilə kreditlərin müntəzəm şəkildə qiymətləndirilməsini həyata keçirir. Kredit aktivi üzrə qiymətdən düşmənin obyektiv əlamətləri aşkar edildiyi halda, Bank beynəlxalq standartların tələbləri, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qaydaları və öz daxili normativlərinə uyğun olaraq, mümkün zərərin ödənilməsinə müvafiq ehtiyatları yaradır.

Kredit əməliyyatları portfeli strukturunda neqativ tendensiyalar aşkar edildiyi təqdirdə, Bank kredit siyasətinin və risklərin idarə olunması siyasətinin qüvvədə olan əsas prinsipləri çərçivəsində, kredit fәaliyyәtinin tənzimlənməsi üzrə operativ tədbirlər görür.

Verilən kreditlərin ədalətli dəyərinin müəyyənləşdirilməsi zamanı bank müvafiq resursların cəlb edilməsi üzrə xərcləri, eləcə də, Bankın kreditin araşdırılması, rəsmiləşdirilməsi və aparılması üzrə əlavə xərcləri və müvafiq komissiyaların, kredit əməliyyatının risk potensialını nəzərə almaqla münasib gəlir əldə edilməsi zərurətinə əsaslanır.

Bankın Kredit Siyasətinə və resursların yerləşdirilməsi ilə əlaqədar konkret bank əməliyyatlarına nəzarət Bankda mövcud olan ümumi daxili nəzarət sistemi çərçivəsində həyata keçirilir. Bununla yanaşı, əsas nəzarətedici orqanlara daxili bölmələr aiddir (Kredit Komitəsi, Kreditlərə nəzarət şöbəsi, Maliyyə Menecmenti Departamenti, eləcə də, Daxili Audit Departamenti).

Kredit riski səviyyəsinin və onun yönəldilməsinin, kreditlərin verilməsi, idarə olunması və nəzarəti üzrə tələblərin, eləcə də, kredit portfelinin və qeyri-balans öhdəliklərinin keyfiyyətinin əks etdirilməsi üçün Bankda adekvat Menecment Məlumat Sistemi (MMS) yaradılıb. MMS kredit portfelinin məzmunu və strukturu üzrə informasiyanı təqdim edir və müəyyən edilmiş limitlərə əməl olunmasına nəzarət edir, bununla da risklərin toplanmasını azaldır. MMS, hәmçinin Bankın kreditlərin verilməsi prosesində iştirak edən səlahiyyətli əməkdaşlarını və rəhbərlərini kredit riski göstəricilərinin müәyyәn edilmiş limitlərə (maksimum kritik nöqtə) yaxınlaşdığı barədə məlumatlandırır. MMS İdarə Heyətini mövcud keyfiyyət meyarlarının planlaşdırılmış meyarlara uyğunsuzluğu barədə vaxtında və vaxtaşırı xəbərdar edir.

(yenilənmə tarixi 16.12.2020)

Bazar riskləri

PAŞA Bankda bazar risklərinin idarə olunması müxtəlif bazar riskləri mənbələrinin müəyyənləşdirilməsi və risklərə görə məsuliyyət, potensial itkilərin məhdudlaşdırılması və bazar risklərinin idarə edilməsinin mərkəzləşdirilməsi prinsipinə əsaslanır.

Bankda bazar risklərinin idarə edilməsi aşağıdakı vasitələrlə təmin edilir:
• Risk əsaslı qərar qəbuletmənin effektiv və proaktiv risk idarəetmə strategiyaları ilə birlikdə tətbiqi;
• Aktivlərin keyfiyyətini və davamlı gəlirliliyi təmin etmək;
• Risk məlumatlılığı mədəniyyətini yaratmaq, onu qorumaq və inkişaf etdirmək;
• Hədəflərimizə çatmaq üçün hesablanmış riskləri qəbul etmək.

Bank bazar risklərinin idarə edilməsi sistemini aşağıdakı məqsədlərlə təşkil edir:
• Bazar dalğalanmaları nəticəsində potensial zərərlərin qarşısını almaq;
• Aktivlərin və balansdankənar alətlərin iqtisadi dəyərini artırmaq;
• Bankın maliyyə sabitliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə riayət etmək və ən yaxşı beynəlxalq təcrübələri (Bazel qaydaları, BMHS standartları və s.) tətbiq etmək;
• Bazar alətləri ilə işləyərkən Bank və onun müştərilərinin maraqlarına cavab verilməsini təmin etmək.

Bankın işıqforlar sistemi (qırmızı, sarı və yaşıl zonalar) vasitəsilə bütün maliyyə və qeyri-maliyyə riskləri idarə edən adekvat bir Risk İştahası Bəyannaməsi var.

Bazar risklərinin idarə olunması üçün aşağıdakı risk alətlərindən istifadə olunur:
• Riskə məruz dəyər (VaR) üsulları
• Stress VaR üsulları
• Risk büdcəsi
• Kontragent limitinin təyin olunması
• Ölkə limitinin təyin olunması
• Açıq valyuta mövqeyinə limitlər
• Müddət limitləri
• Stress testlər
• Ssenari təhlilləri

Bazar riskinin idarə edilməsi metodları yaranan risklərin xarakterindən asılıdır və aşağıdakı kimi bölünür:
• Ümumi metodlar, yəni bazar riski kimi qəbul edilən bütün risklərə (yəni valyuta, faiz dərəcəsi, kapital) aiddir;
• Xüsusi metodlar, yəni yalnız müəyyən risklər və ya maliyyə aləti (məsələn, ticarət portfeli) üçün tətbiq olunur.

Valyuta risklərinin idarə edilməsi sistemi

Bank, xarici valyutadakı aktiv və öhdəliklərin strukturunu qiymətləndirmək və təhlil etmək, hecinq müqavilələri bağlamaq və valyuta riski ilə əlaqəli fərdi əməliyyatlara limitlər qoymaqla valyuta riskini idarə edir.

Valyuta risklərinin idarə edilməsi struktur idarəetmə metodları ilə əlaqədardır. Valyuta riskinin idarə edilməsi zamanı aşağıdakı mövqelərə baxılır:
• Bankın ayrı-ayrı valyutalar üzrə açıq valyuta mövqeyi;
• Bankın məcmu açıq valyuta mövqeyi;
• Bankın ticarət valyuta mövqeyi.

Valyuta riskləri üzərində nəzarətin əsas alətləri bunlardır:
• Vahid məzənnə siyasəti;
• Açıq valyuta mövqelərinə nəzarət sistemi.

Bank, mövqeyini məhdudlaşdıraraq Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun olaraq valyuta vəziyyətinə nəzarət edir.

Faiz risklərinin idarə olunması sistemi

Bank üçün faiz dərəcəsi riskinin əsas mənbələri faiz dərəcələrindəki dəyişikliklərə həssas olan aktiv və öhdəliklərin ödəmə müddətləri arasındakı uyğunsuzluqdur. Faiz dərəcəsi riskləri həm aktiv, həm də borc hissəsində yarana bilər. Faiz dərəcələri risklərinin idarə edilməsinin əsas alətləri aşağıdakılardır:
• Faiz dərəcələrinin müəyyənləşdirilməsinə dair vahid siyasət;
• GAP üzərində nəzarət (aktivlər və öhdəliklər arasındakı fərq).

Bank daxili və xarici faktorları nəzərə alaraq vahid faiz dərəcələri siyasəti həyata keçirə bilər. Xarici amillərə müəyyən bir növ alətlər üçün bazar faiz dərəcələrinin dəyişməsi daxildir. Daxili amillərə isə Bankın aktivləri və öhdəliklərinin faiz dərəcələri, ödəmə müddəti və GAP-ın səviyyəsi daxildir.

Kapital risklərinin idarə olunması sistemi

Limitlər sistemi kapital risklərinin idarə edilməsinin əsas alətidir. Bank qiymətli kağızlar bazarının aşağıdakı limit sistemlərindən istifadə edir:
• Qiymətli kağızlar emitenti üçün limit;
• Qeyri-investisiya dərəcəli qiymətli kağızların investisiya portfelindəki payı üçün limit;
• Vahid maliyyə alətləri üçün limit;
• “Stop-loss” limitləri.

Limitlər sistemi bazar risklərinin idarəetmə sisteminin ayrılmaz hissəsidir və limitlərin müəyyənləşdirilməsi prosedurunu, müəyyən alətlər üçün növlərini, habelə aidiyyəti şöbələrin səlahiyyət və məsuliyyətini müəyyənləşdirən müvafiq daxili qaydalarla dəstəklənir.

(yenilənmə tarixi 19.02.2021)

Strateji risklər

Strateji riskin digər bank risklərindən (məsələn, kredit, valyuta və ya hüquqi risk, iş nüfuzunun itirilmə riski və s.) fərqi bu riskin Bankın kifayət səviyyədə idarə olunmadığı halda və ya strateji məqsəd və tapşırıqlar düzgün seçmədikdə yarana biləcək potensial zərərlərə səbəb olmasıdır.

"PAŞA Bank" ASC-də strateji riskin idarə olunması aşağıdakı məqsədlərlə təşkil olunub:

- Bankın iş nüfuzunun, bazardakı mövqeyinin itirilməsi və itkilərə səbəb olan səhv, qeyri-səmərəli strategiyanın (həm ümumi inkişaf strategiyası, həm də ayrı-ayrı strateji qərarlar) seçilməsi ehtimalının minimallaşdırılması;
- mümkün itkilərin azaldılması, Bankın müştərilər, kontragentlər, təsisçilər, maliyyə bazarının iştirakçıları, dövlət orqanları və yerli idarəetmə orqanları, Bankın iştirakçısı olduğu bank şuraları (assosiasiyaları) qarşısında iş nüfuzunun qorunması;
- əməliyyatların idarə olunması keyfiyyətinin artırılması yolu ilə effektivliyinin artırılması;
- müştərilərin, səhmdarların və Bankla maliyyə münasibətlərinə daxil olan əmanətçilərin qanuni hüquqlarının qorunmasının təmin olunması.

Strateji riskin idarə olunması sistemini yaradılmasının əsas məqsədləri aşağıdakılardır:

- korporativ idarəetmənin Bankın miqyası və məqsədlərinə cavab verən düzgün və effektiv modelinin yaradılması;
- Bankın öz öhdəliklərini yerinə yetirməsi, nəzarət orqanların tələblərinə əməl etməsi, iş etiketi, peşəkar davranış və fəaliyyət standartlarının normalarına riayət etməsi yolu ilə vicdanlı iş nüfuzunun formalaşdırılması;
- Bankın fəaliyyətinin bütün mərhələlərində maraqların toqquşmasının aradan qaldırılması.
Strateji riskin idarə olunması sistemini yaradılması zamanı Bank aşağıdakı əsas yanaşmalardan istifadə edir:
- qanunvericiliyə, o cümlədən bank sirri, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi haqqında qanunvericiliyə riayət olunmasına mütəmadi nəzarət;
- müştəri və kontragentlərin ödəniş tələbi əsasında hesabatların aparılması, əmanətlər və digər əməliyyatlar üzrə faiz və əsas məbləğin hesablanması zamanı vaxt limitinə riayət olunması;
- mühasibat hesabatları və səhmdarlara, müştərilərə, kontragentlərə, nəzarət orqanlarına və digər maraqlı şəxslərə təqdim olunan, o cümlədən reklam məqsədilə dərc olunan məlumatların düzgünlüyü üzərində nəzarət;
- Bankda məlumat itkisinin və sızmasının qarşısını alan və eyni zamanda qərar qəbulu üçün tələb olunan düzgün məlumatları vaxtında təqdim etməyə imkan verən ümumbank məlumat təminatı və sənəd dövriyyəsi sisteminin işlənib hazırlanması;
- Bankın fəaliyyətin üzrə ən əsas qərarların qəbulu zamanı kollegiallıq prinsipinə əməl olunması və bu prinsipin normativ təminatı;
- Bankın idarə olunmasında iştirak edən bölmələrin məsuliyyətinin müəyyən olunması və düzgün bölüşdürülməsi prinspinə əməl edilməsi;
- Bankın şöbələrinin funksional vəzifələrinin onların ön, orta və arxa ofisə aid olması əsasında bölünməsi prinsipinə ciddi riayət olunması.

Strateji riskin idarə olunması sisteminin təşkilinin əsas prinsipləri aşağıdakılardır:

- strateji riskin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, qəbul olunan səviyyəsinin təyin olunması və monitorinqi qaydasının təsdiqlənməsi;
- strateji riskin qəbul olunan səviyyədə saxlanması, o cümlədən risk üzərində nəzarət və/və ya riskin minimallaşdırılması üçün tədbirlərin görülməsi;
- strateji risklərin idarə edilməsi üzrə məlumatın Müşahidə Şurasına, icraedici orqanlara, şöbələrə və əməkdaşlara təqdim olunma qaydasının müəyyənləşdirilməsi;
- strateji riskin idarə olunmasının əsas prinsiplərinin reallaşdırılması zamanı səlahiyyət və məsuliyyətin Müşahidə Şurası, icraedici orqanlar, şöbələr və əməkdaşlar arasında bölüşdürülməsi;
- strateji riskin idarə olunmasının effektivliyi üzərində nəzarətin həyata keçirilməsi.
Strateji riskin idarə olunması sisteminin təşkili aşağıdakı 3 əsas istiqamətdən ibarətdir:
- risk amillərinin yaranmasının qarşısının alınmasına yönəlmiş sistemlər (önləndirici tədbirlər);
- risklərin müəyyənləşdirilməsi, təhlili və risk amillərinin qiymətləndiriliməsi üzrə tədbirlər sistemi (cari tədbirlər);
- müəyyənləşdirilmiş risk amillərinin optimallaşdırılması, o cümlədən aradan qaldırılması üzrə tədbirlər sistemi (sonrakı tədbirlər).

Strateji riskin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və onun qəbul olunan səviyyəsinin təyin olunması üçün Bank "Strateji riskin müəyyənləşdirilməsi və qiymətləndirilməsi Metodikası"nı işləyib hazırlamışdır.
Strateji riskin müəyyənləşdirilməsi və qiymətləndirilməsi zamanı şöbələrin qarşılıqlı fəaliyyəti "Risklərin idarə olunması siyasəti" ilə müəyyən olunan funksiyalar, o cümlədən onların vəzifə təlimatları və Bankın idarə olunması prosesindəki rolu ilə tənzimlənir.
Strateji riskin idarə olunması prinsiplərinin işlənib hazırlanması və tətbiqi üzrə məsuliyyət səlahiyyətləri Bankın nizamnaməsi ilə müəyyən olunan Müşahidə Şurasının üzərinə qoyulur.
Bank əməkdaşlarının üçüncü şəxslər tərəfindən qanunsuz hərəkətlərə cəlb edilməsinin qarşısını almaq üçün müdafiə tədbirləri sistemini təşkil edir.

Effektiv təhlilin aparılması və strateji riskin minimallaşdırılması məqsədilə Bank öz fəaliyyət istiqamətlərinə uyğun olaraq zərərlərin məlumat bazasına strateji risk nəticəsində yaranan zərərlər, onların həcmi, yaranma səbəbləri və ödənmə mənbələri, o cümlədən riskin artması faktları haqqında məlumatları daxil edir.
Bank öz iş reputasiyasına təsirini qiymətləndirmək məqsədilə rəhbərlik və özü haqqında meydana gələn bütün məlumatların monitorinqini aparır və bu məlumatları hüquqi cəhətdən qiymətləndirir.

Risklərin idarə olunması sisteminə daxil olan bölmələr aşağıdakılardır:

- Müşahidə Şurası;
- İdarə Heyətinin Sədri və onun müavinləri;
- Kollegial icra orqanları (İdarə Heyəti, Komitələr və s.);
- Risklərin İdarəedilməsi Departamenti;
- Komplayens Departamenti;
- Daxili Audit Departamenti.

(yenilənmə tarixi 16.12.2020)