PAŞA Bank satış və xidmət müəssisələrinə internet mağaza və korporativ saytları vasitəsilə məhsulların və xidmətlərin dəyərinin kartla ödənişinin qəbulu üçün Elektron Ticarət (E-Commerce) xidmətini təqdim edir.

Elektron Ticarət (Virtual POS) xidmətinin üstünlükləri:

- Məhsul və xidmətlərinizin potensial müştəri auditoriyaları arasında tanıdılması və satışı üçün fasiləsiz 24x7 rejimində işləyən yeni satış kanalının yaranması
- Visa və MasterCard kart sahibləri üçün internetdə ödəniş imkanlarının yaradılması nəticəsində əlavə müştərilərin cəlb edilməsi və satışların artması
- Müxtəlif məhdudiyyətlərə görə mağaza və ofislərinizə gələ bilməyən (məsələn, iş vaxtı işdən çıxa bilməyən, uzaqda yaşayan, nəqliyyat və yolda tıxac çətinlikləri olan və s.) müştərilərin internet vasitəsilə cəlb edilməsi və satışların artması
- İnternet vasitəsilə satışların nəticəsində digər satış kanalları üzrə icarə, əməkhaqqı və sair xərclərin azalması (geniş mağazalara və çoxlu sayda satıcılara ehtiyac azalması)
- İnternet vasitəsilə satışların nəticəsində mağazanızın kassasında nağd pul vəsaitinin qəbulu və inkassasiyası üzrə iş yükünün, xərclərin və risklərin azalması
- Onlayn rejimdə hesabatların sayəsində satış həcmlərinin təhlilinin asanlaşması
- Rəqabət üstünlüyünün və müştəri məmnunluğunun artması

PAŞA Bank Visa International və MasterCard International beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik üzrə sertifikatlaşdırma proseslərini uğurla keçirmişdir və bunun nəticəsində kartla ödənişlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir.