“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Faktorinq xidməti

Müasir dünyada şirkətlər arasında əməkdaşlıq və ticarət əlaqələri geniş yayılıb. Faktorinq xidmətindən istifadə sayəsində Təchizatçı satdığı məhsul və göstərdiyi xidmətlər üçün hesab faktura üzrə ödənişi Bankdan tez bir zamanda alır, Alıcı isə məhsul və xidmətin haqqını razılaşdırılmış vaxtda Banka ödəyir. Beləliklə, həm Təchizatçı, həm də Alıcı dövriyyə kapitalını lazımi səviyyədə saxlayır və gündəlik biznesini maliyyə çətinliyi çəkmədən davam etdirir.

Faktorinq xidməti - hüquqi şəxslərin və fərdi sahibkarların (Təchizatçı) dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyələşdirilməsi məqsədilə Alıcılara (Borclulara) qarşı pul tələbi hüququnun (debitor borclarının) Banka (Faktor) güzəşt etməsidir.

Faktorinq xidmətindən digər şirkətlərə (Alıcılara) məhsullarını və xidmətlərini satan şirkətlər (Təchizatçı) istifadə edə bilər. Faktorinq xidməti müxtəlif istehsal, tikinti, xidmət, satış və digər şirkətlər üçün münasib maliyyələşmə həlli ola bilər.

Xidmətin üstünlükləri

• Debitor borclarının 90%-dək həcmində nağd vəsaitlərin tez əldə olunması
• Dövriyyə vəsaitlərinin artımı, əlverişli şərtlərlə maliyyələşmə
• Uzun müddətə razılaşdırılmış ödəniş şərtləri və maliyyələşmə resursları
• Debitor borclarına və ödəniş şərtlərinə nəzarətin gücləndirilməsi
• Təchizatçı və Alıcı şirkətlər arasında etibarlı əməkdaşlığın dəstəklənməsi

PDF yüklə

FAQ

Onlayn müraciət forması

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya factoring@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.