Bank qarantiyaları - Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə zəmanət

Bank qarantiyalarıMüqavilə öhdəliklərinin yerinə yetirilməsinə zəmanət

Bank qarantiyaları nədir?

Müqavilə bağladığınız zaman tərəfdaşınızın sizə güvənməsi vacibdir. Bank qarantiyası bu inamı möhkəmləndirir. Biz sizin adınızdan öhdəliklərin icrasına zəmanət verir, siz biznesinizin inkişafına fokuslanırsınız, tərəfdaşlarınız isə ödənişlərin və şərtlərin yerinə yetiriləcəyinə əmin olur.

Bank qarantiyaları nədir?

Bank qarantiyası kimlər və nə üçün lazımdır?

Malların çatdırılması və ya xidmətlərin göstərilməsi üzrə müqavilə öhdəlikləri yerinə yetirilmədikdə

Alıcı və ya satıcının yarana biləcək zərərlərini azaltmaq məqsədi ilə istifadə olunur.

Məhsuldan tərəfdaşlarla biznes əməkdaşlıq müqaviləsi olan hüquqi şəxslər və fərdi sahibkarlar faydalana bilər.

Sizə uyğun bank qarantiyası hansıdır?

Tender təklifi qarantiyası

Satıcının tenderdə verdiyi öhdəliklərə əməl etməsini təmin edir və müqaviləni imzalamaqdan imtina riskini aradan qaldırır.

Tender təklifi qarantiyası

Gömrük qarantiyası

Sahibkarın gömrük ödənişləri üzrə öhdəliklərinin icrasına təminat verir.

Gömrük qarantiyası

Kontrqarantiya

Müştərinin ərizəsi əsasında başqa bir bankın Benefisiar xeyrinə qarantiya təqdim etməsini təmin edir.

Kontrqarantiya

Maliyyə vəsaitlərinin saxlanması qarantiyası

Müqavilə müddətində saxlanılan vəsaitin Satıcıya ödənilməsini təmin edir, icra pozulduqda məbləğ Alıcıya qaytarılır.

Maliyyə vəsaitlərinin saxlanması qarantiyası

Avans ödənişinin geri qaytarılması qarantiyası

Satıcı öhdəlikləri yerinə yetirmədikdə, Alıcının əvvəlcədən ödədiyi vəsaitin geri qaytarılmasını təmin edir.

Avans ödənişinin geri qaytarılması qarantiyası

Ödəmə qarantiyası

Alıcı tərəfindən çatdırılmış mallar və ya xidmətlərin dəyərinin Satıcıya ödənilməsini təmin edir.

Ödəmə qarantiyası

Vergi qarantiyası

Sahibkarın vergi ödənişləri üzrə öhdəliklərinin icrasına təminat verir.

Vergi qarantiyası

Ekspress-tender qarantiyası

Tender öhdəliklərinin yerinə yetirilməsinə təminat verir, müqavilənin imzalanmaması riskini azaldır. Girovsuz və müraciət günü təqdim olunur.

Ekspress-tender qarantiyası