
Biznes kartlarBiznes ehtiyaclarınıza uyğun kartlar
İşinizin ritminə uyğunlaşan, xərcləri sadələşdirən və prosesi avtomatlaşdıran kartlar
Biznes kart
Gündəlik biznes əməliyyatları üçün rahat və funksional kart

Tacir kartı
Biznes fəaliyyəti ilə bağlı bütün xərcləri qarşılayan kart

Gömrük kartı
Gömrük xərclərinin nağdsız ödənilməsi üçün istifadə olunan kart

Ödəniş kartlarının təhlükəsizliyi
Bizim əsas məqsədimiz pullarınızı etibarlı şəkildə qorumaqdır. PAŞA Ödəniş Kartlarınız dələduzluqdan və oğurluqdan qorunmanı təmin edən müasir təhlükəsizlik elementləri ilə təchiz olunub.
Kredit və debit kartlar üçün əsas qoruma vasitələri
Çip və PIN
Bizim əsas məqsədimiz pullarınızı etibarlı şəkildə qorumaqdır. PAŞA Ödəniş Kartlarınız dələduzluqdan və oğurluqdan qorunmanı təmin edən müasir təhlükəsizlik elementləri ilə təchiz olunub.
CVC kodu (Kartın doğrulama kodu)
Kartın arxa tərəfində yerləşən 3 rəqəmli CVC kodu əməliyyat zamanı əlavə qoruma qatını təmin edir. Bu kod vasitəsilə ödənişin sizin tərəfinizdən həyata keçirildiyinə əmin olunur.
Onlayn əməliyyatlar üçün birdəfəlik şifr
Onlayn alış-veriş zamanı “PAŞA Bank” tərəfindən sizə göndərilən birdəfəlik şifr (OTP) əlavə təhlükəsizlik səviyyəsi yaradır və əməliyyatlarınızı qoruyur.
Dələduzluq əməliyyatlarına nəzarət
Şübhəli əməliyyat aşkarlandıqda, təhlükəsizliyinizi təmin etmək üçün dərhal sizinlə əlaqə saxlayırıq və məlumatı mobil nömrənizə SMS vasitəsilə göndəririk
Riskli ölkələr üzrə əlavə qoruma
Bəzi ölkələrdə çip texnologiyasına tam keçid hələ başa çatmayıb. Müştərilərimizin vəsaitlərini qorumaq üçün yüksək riskli regionlarda kart əməliyyatları avtomatik olaraq məhdudlaşdırılıb.
Dələduzluqla bağlı əlavə məlumat
Son dövrlərdə ABŞ, Latın Amerikası, Karib hövzəsi və Asiya-Sakit Okean regionlarında saxta kartlarla dələduzluq halları artıb. Bu səbəbdən, “PAŞA Bank” həmin regionlarda aparılan nağd və nağdsız əməliyyatlara müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Əgər səfər planınız varsa və həmin regionlarda kartdan istifadə etməyiniz vacibdirsə, *8123-ə zəng edərək bu məhdudiyyəti aradan qaldıra bilərsiniz.