
Hesablaşma-kassa xidmətləriBiznesiniz üçün gündəlik bank xidmətləri
Hesablaşma-kassa xidmətləri nədir?
Biz rezident və qeyri-rezident hüquqi şəxslərə və fərdi sahibkarlara manat və digər valyutalarda rahat hesablaşma-kassa və bu istiqamətdə məsləhət xidmətlərini təqdim edirik.
Bu xidmətlər müştərilərin gündəlik maliyyə – həm nağd, həm də nağdsız ödənişləri, rahat və operativ şəkildə həyata keçirməsinə imkan yaradır.

Sizə uyğun xidməti seçin
Cari hesaba pul vəsaitinin mədaxili
Cari hesaba pul vəsaiti həm nağd, həm də köçürmə yolu ilə yatırılır. Mədaxil əməliyyatları həm hesab sahibi, həm də onun biznes tərəfdaşları tərəfindən bank köçürmələri vasitəsilə həyata keçirilə bilər.

Çek kitabçaları üzrə xidmət
Cari hesab açıldıqda müştərinin istəyinə uyğun olaraq çek kitabçası təqdim olunur. Çek vasitəsilə hesabdan nağd vəsaitin digər şəxslərə ödənilməsi mümkündür.

Hesab üzrə sənədlərin verilməsi
Hesablaşma-kassa xidmətləri çərçivəsində müştərilərə hesabdakı vəsaitlərin qalığı və hərəkəti barədə çıxarışlar, məktublar və digər təsdiqedici sənədlər təqdim olunur.

Yerli və beynəlxalq ödənişlər
Müştərilərin tapşırığına əsasən, hesabdan həm ölkədaxili, həm də xarici tərəfdaşların hesablarına müxtəlif valyutalarda ödənişlər edilir. Bankın SWIFT, VISA, AZIPS, AÖS və XÖHKS ödəniş sistemlərinin üzvü olması, eləcə də nüfuzlu xarici banklarla geniş müxbir əlaqələri beynəlxalq və yerli köçürmələrin yüksək operativliyini təmin edir.

Daimi ödəniş tapşırıqları
Müştərilər tərəfindən təqdim edilən daimi ödəniş tapşırıqları sayəsində təkrarlanan (məsələn, icarə və xidmət xərcləri üzrə) ödənişlər avtomatik şəkildə həyata keçirilir. Bu, hər dəfə yeni tapşırıq hazırlanması zərurətini aradan qaldırır və vaxtınıza qənaət edir.

Valyuta mübadiləsi
Müştərilər həm nağd, həm də köçürmə formasında valyuta mübadiləsi (konvertasiya) əməliyyatlarını həyata keçirə bilirlər.

Nağd vəsaitlərin çıxarılması
Müştəri istəyə əsasən, hesabındakı vəsaiti manat və ya xarici valyutada nağd şəkildə əldə edə bilər.

SWIFT MT940 formatında hesabatlar
Müştərinin sifarişi əsasında hesabdakı əməliyyatlar və qalığı əhatə edən hesabat SWIFT kanalı vasitəsilə ərizədə göstərilən banka (məsələn, xaricdəki ana şirkətə xidmət göstərən banka) göndərilir.
