
XəzinədarlıqAğıllı maliyyə həlləri ilə riskləri idarə edin
Valyuta, faiz, əmtəə və bazar risklərinə qarşı qabaqcıl törəmə alətləri və fərdi yanaşma
Derivativlər nədir?
Müasir dünyada şirkətlər maliyyə sabitliyi üçün risk hedcinqinə və çevik hesablaşma şərtlərinə ehtiyac duyurlar. Bunu təmin edən əsas alətlərdən biri törəmə maliyyə alətləri – yəni derivativlərdir.
Derivativlər hər hansı baza aktivini (valyutalar, qiymətli kağızlar, əmtəə və bu kimi digər maliyyə alətləri) əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Derivativi almış investor onun əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə gələcəkdə alış və ya satış hüququnu təsbit edən müqaviləsini əldə etmiş olur.

Xüsusiyyətlər
✓ Gələcəkdə öncədən razılaşdırılmış tarixdə bir valyutanı digərinə mübadilə etmək üçün iki tərəf arasında razılaşma
✓ Tarif, cari məzənnədən və müqavilənin müddəti üçün “forward” bəndinə düzəlişdən istifadə etməklə hesablanır
✓ Öncədən razılaşdırılmış tarif dövr ərzində valyuta cütlüyünün bahalaşması və ya ucuzlaşmasından asılı olmayaraq sabit qalacaqdır
Üstünlüklər
✓ Gələcək pul axınlarına aydınlıq gətirməklə, əvvəlcədən müəyyən edilmiş tarifdə mənfi axınlardan qorunma
✓ Pul axınlarının idarə edilməsini dəstəkləyən razılaşdırılmış hesablaşma tarixinə qədər müqavilə üzrə hesablaşma tələb olunmur
Risklər
✓ Müqavilə artıq tələb olunmazsa, valyuta mövqeyinin bağlanma dəyəri o vaxt mövcud olan bazar məzənnəsi ilə müəyyən ediləcək və müştəri tərəfindən ödəniləcəkdir
✓ Müqavilənin cari bazar dəyəri onun davamiyyət müddəti ərzində bazara uyğun dəyişəcəkdir
✓ Bazar qiymətindəki sərfəli dəyişikliklərdə iştirak edə bilməmək
Risk faktorları
✓ Şərti məbləğ
✓ Valyuta cütlüyü
✓ Hesablaşma tarixi
✓ Spot
✓ ”Forward” məzənnəsi