
Maliyyə alətləriMaliyyə ehtiyaclarınıza uyğun həllər
Faktorinq
Təqdim etdiyiniz xidmətlər üzrə ödənilməmiş qaimələr əsasında vəsaiti əvvəlcədən əldə etməyə imkan yaradır. Müştəriləriniz ödənişi sonra etsə də, siz dərhal vəsaitin 90%-ni əldə edirsiniz.

Bank qarantiyaları
Malların çatdırılması və ya xidmətlərin göstərilməsi üzrə müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, alıcı və ya satıcının yarana biləcək zərərlərini azaltmaq məqsədi ilə istifadə olunur.

Akkreditiv
Beynəlxalq və yerli ticarət əməliyyatlarında satıcıya ödənişin mallar göndərildikdə və ya xidmətlər göstərildikdə həyata keçirilməsinə zəmanət verən sənədli maliyyə alətidir

İnkasso
Təchizatçının təqdim etdiyi sənədlər əsasında alıcıdan vəsaitin ödənilməsini təmin edən hesablaşma əməliyyatıdır. Mallar çatdırıldıqdan və ya xidmət göstərildikdən sonra düzgün sənəd toplusunu alıcının bankına təqdim etməklə vəsaiti qısa müddətdə əldə edə bilərsiniz.

Ticarətin maliyyələşdirilməsi
Xarici ticarət əməliyyatlarınız üçün akkreditivlər vasitəsilə sərfəli maliyyə imkanıdır. İdxal və ixrac proseslərində həm likvidliyi qoruyur, həm də ödəniş risklərini azaldır.
