
XəzinədarlıqAğıllı maliyyə həlləri ilə riskləri idarə edin
Valyuta, faiz, əmtəə və bazar risklərinə qarşı qabaqcıl törəmə alətləri və fərdi yanaşma
Derivativlər nədir?
Müasir dünyada şirkətlər maliyyə sabitliyi üçün risk hedcinqinə və çevik hesablaşma şərtlərinə ehtiyac duyurlar. Bunu təmin edən əsas alətlərdən biri törəmə maliyyə alətləri – yəni derivativlərdir.
Derivativlər hər hansı baza aktivini (valyutalar, qiymətli kağızlar, əmtəə və bu kimi digər maliyyə alətləri) əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Derivativi almış investor onun əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə gələcəkdə alış və ya satış hüququnu təsbit edən müqaviləsini əldə etmiş olur.

FX Forward
Xüsusiyyətlər
✓ Gələcəkdə öncədən razılaşdırılmış tarixdə bir valyutanı digərinə mübadilə etmək üçün iki tərəf arasında razılaşma
✓ Tarif, cari məzənnədən və müqavilənin müddəti üçün “forward” bəndinə düzəlişdən istifadə etməklə hesablanır
✓ Öncədən razılaşdırılmış tarif dövr ərzində valyuta cütlüyünün bahalaşması və ya ucuzlaşmasından asılı olmayaraq sabit qalacaqdır
Üstünlüklər
✓ Gələcək pul axınlarına aydınlıq gətirməklə, əvvəlcədən müəyyən edilmiş tarifdə mənfi axınlardan qorunma
✓ Pul axınlarının idarə edilməsini dəstəkləyən razılaşdırılmış hesablaşma tarixinə qədər müqavilə üzrə hesablaşma tələb olunmur
Risklər
✓ Müqavilə artıq tələb olunmazsa, valyuta mövqeyinin bağlanma dəyəri o vaxt mövcud olan bazar məzənnəsi ilə müəyyən ediləcək və müştəri tərəfindən ödəniləcəkdir
✓ Müqavilənin cari bazar dəyəri onun davamiyyət müddəti ərzində bazara uyğun dəyişəcəkdir
✓ Bazar qiymətindəki sərfəli dəyişikliklərdə iştirak edə bilməmək
Risk faktorları
✓ Şərti məbləğ
✓ Valyuta cütlüyü
✓ Hesablaşma tarixi
✓ Spot
✓ ”Forward” məzənnəsi
İndikativ qiymətlər
Əmtəə fyuçersləri
Xüsusiyyətlər
✓ HFM, həmçinin müştərilərə valyuta risklərini idarə etməyə və valyuta dəyişmələri nəticəsində yarana biləcək potensial itkiləri hedcinq etməyə kömək edəcəkdir. Mənfəət və ya zərər, qiymətləndirmə tarixindəki spot məzənnə ilə əməliyyat tarixində razılaşdırılmış məzənnə arasındakı fərqin götürülməsi və şərti məbləğə vurulması yolu ilə hesablanır.
✓ Daha sonra hesablanmış məbləğ hesablaşma tarixində müvafiq tərəfə köçürülür. Ödəniş günündə Valyuta Forward-da olduğu kimi nominallar əvəzinə HFM məzənnəsi fərqi ödənilir.
Üstünlüklər
✓ Əmtəə fyuçersləri investorları müxtəlif əmtəə çeşidləri ilə təmin edir, portfelin diversifikasiyasına və risklərin azaldılmasına imkan verir.
✓ Bu fyuçerslər həm də potensial mənfəət üçün volatillikdən istifadə edərək, əmtəə bazarlarında qiymət dəyişikliyindən mənfəət əldə etmək istəyən investorlar üçün spekulyativ imkanlar təklif edir.
Risklər
✓ Əmtəə qiymətləri son dərəcə dəyişkən ola bilər, hava şəraiti, geosiyasi hadisələr, tələb və təklif dinamikası və makroiqtisadi tendensiyalar kimi faktorların təsiri altında potensial qiymət dəyişikliyinə və riskin artmasına gətirib çıxara bilər.
✓ Əmtəə fyuçerslərinin ticarəti, xüsusən də dəyişkən bazarlarda həm potensial gəlirləri, həm də itkiləri gücləndirən kapitaldan istifadəni nəzərdə tutur.
Risk faktorları
✓ Şərti Məbləğ
✓ Baza Əmtəənin Qiyməti
✓ Ödəniş Vaxtı
✓ Əmtəə Forward Məzənnələri
Opsionlar
Xüsusiyyətlər
✓ Koll/put opsion müqaviləsi alıcıya əvvəlcədən razılaşdırılmış müddətə və ya bu müddətə qədər razılaşdırılmış satış qiymətində bir valyutanı digərinə almaq/satmaq hüququ verir, lakin öhdəliyi vermir.
✓ Valyuta bazarında opsion müqaviləsi müştərinin gələcək tarixdə valyuta ala və ya sata biləcəyi qiyməti müəyyən edir:
- Hər iki tərəf gələcəkdə konkret tarix üçün valyuta məzənnəsi barədə razılığa gəlir
- Pul, gələcək ödəniş tarixinə qədər əldən-ələ keçmir
- Müştəri banka sığorta haqqı ödəyir, Müştəri Koll və ya Put opsionunu alarsa, onun müqavilədə göstərilən müəyyən tarixdə valyuta almaq və ya satmaq HÜQUQU olur, lakin MÜKƏLLƏFİYYƏTİ olmur.
- Müştəri opsiondan istifadə etmək istəyirsə, Bankın valyuta almaq və ya satmaq MÜKƏLLƏFİYYƏTİ olur
Üstünlüklər
✓ Gələcək pul axınlarına aydınlıq gətirməklə, əvvəlcədən müəyyən edilmiş məzənnədə mənfi axınlardan qorunma
✓ Tam çeviklik verməklə, valyuta mübadiləsi öhdəliyinin mövcud olmaması
Risklər
✓ Geri qaytarılmayan mükafat Valyuta Opsionunun alınması zamanı ödənilir
✓ Müqavilənin bazar dəyərinin qiymətləndirilməsi, bazar dəyişikliyinə uyğun olaraq müqavilənin bütün müddəti ərzində müsbət və ya mənfi olacaqdır
Risk faktorları
✓ Şərti Məbləğ
✓ Valyuta Cütlüyü
✓ Hesablaşma Tarixi
✓ Spot
✓ Satış Qiyməti
İndikativ qiymətlər
Svop
Xüsusiyyətlər
✓ Svop Müqaviləsi şərti valyutanın iki ayrı-ayrı tarixdə mübadiləsi yolu ilə bir valyutanın alınması və digərinə satılması müqaviləsidir.
✓ Yaxın və uzaq tarixlər arasındakı məzənnə fərqi svop bəndləri adlanır.
✓ Valyuta svopu, pul axınları sahib olduqları valyutadan olduqca fərqli valyutalarda olan, nağd pul axınlarını və gələcək pul axınlarını təşkil etmək istəyən müştərilər üçün uyğun məhsuldur.
Üstünlüklər
✓ Bir valyutada mövcud olan müvəqqəti nağd pul çatışmazlığını digər valyuta hesabına ödəmək üçün istifadə edilə bilər
✓ Qeyri-əsas valyutalarda saxlanılan aktivlərin və ya passivlərin qiymətindəki enib-qalxmaları azaltmaq üçün istifadə edilə bilər.
✓ Spot və Forward məzənnələrinin eyni vaxtda təmin edilməsi hedcinqə kömək edir və gələcək pul axınlarına aydınlıq gətirir.
Risklər
✓ Müqavilə artıq tələb olunmazsa, dayandırılmanın dəyəri o vaxt mövcud olan bazar məzənnəsi ilə müəyyən ediləcək və müştəri tərəfindən ödəniləcək
✓ Müqavilənin bazar qiyməti onun müddəti ərzində bazara uyğun olaraq dəyişəcək
✓ Bazar qiymətindəki sərfəli dəyişiklikdə iştirak edə bilməmək
Risk faktorları
✓ Şərti Məbləğ
✓ Valyuta Cütlüyü
✓ Hesablaşma Tarixi
✓ Spot
✓ Svop bəndin tənzimlənməsi
Valyuta mübadiləsi
İri həcmdə çevik valyuta əməliyyatları
Müştərilərimiz üçün iri həcmdə vəsaitlərin xüsusi şərtlərlə valyuta mübadiləsi xidmətini təklif edirik. Hər bir müştəriyə fərdi yanaşmamız əsasında onların tələblərini müəyyənləşdirir, vəsaitin məbləğindən və valyutasından asılı olaraq xüsusi mübadilə məzənnələri tətbiq edirik.