PAŞA Bankın müştəriləri biznes ehtiyacları ilə bağlı qısamüddətli və ya mütəmadi tələb olunan maliyyələşmə üçün Bankın təqdim etdiyi Kredit Xəttindən faydalana bilər.

Kredit xəttinin üstünlükləri

- Müştərinin istədiyi vaxt kredit xəttindən istifadə imkanı
- Kredit xəttinin tam və ya qismən istifadə imkanı
- Banka geri ödənilmiş kredit məbləğinin yenidən istifadəsi
- Faiz dərəcəsinin kredit xəttinin yalnız istifadə edilmiş məbləğinə tətbiq olunması
- Kredit xətti üzrə Banka ödənişlərin sərbəst qrafik üzrə həyata keçirilməsi

Krediti necə almaq olar?

PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Kredit xəttinin şərtləri

Bankın təyin etdiyi Kredit Xəttinin limiti çərçivəsində vəsaiti müştəri istədiyi vaxtda tam və ya qismən istifadə edə bilər. Kredit xəttinin müddəti ərzində istifadə edilmiş məbləğ Banka geri ödənildikdən sonra yenidən istifadə oluna bilər, beləliklə kredit xətti mütəmadi təkrarlanan ehtiyaclarının maliyyələşməsi üçün xüsusilə əlverişli kredit məhsuludur.

Faiz dərəcəsi kredit xəttinin yalnız istifadə edilmiş məbləğinə tətbiq edilir, nəticədə kredit xəttinin istifadə edilməmiş məbləğinə faiz hesablanmır. Müştəri kredit xətti üzrə Banka ödənişlərini sərbəst qrafik üzrə həyata keçirir.

Krediti necə almaq olar?

PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.