XİDMƏTİN NÖVÜ TARİF QEYD
HESABIN AÇILMASI VƏ APARILMASI Rezidentlər Qeyri-Rezidentlər
Cari hesabın açılması üçün xidmət haqqı 50 AZN 100 USD 1. Paşa Bankın müştərisi olan hər bir şəxs Bankda cari hesab aça bilər 2. Kredit və ya ipoteka müraciətləri zamanı hesabın açılması pulsuzdur. 3. Depozit müraciəti zamanı hesabın açılması pulsuzdur.
HESAB ÜZRƏ SƏNƏDLƏRİN VERİLMƏSİ
Hesab üzrə çıxarışların elektron poçt ünvanına göndərilməsi Pulsuz
Hesab üzrə möhürlü çıxarışların/arayışların, məktubların verilməsi Biznes Mərkəzlərində 30 AZN Hər çıxarış üçün birdəfəlik tarif. Müştəri PAŞA Banka ipoteka və ya kredit üçün müraciət etdiyi zaman hesab üzrə aylıq möhürlü çıxarışların verilməsi pulsuzdur. Qazi və veteranlar, sənəd təqdim etdikdə, çıxarışların verilməsi pulsuzdur.
Mobil Əlavədən sifariş zamanı çıxarışlar və bütün növ məktubların kuryerlə göndərilməsi (Adi icra olunma) 10 AZN
Mobil Əlavədən sifariş zamanı çıxarışlar və bütün növ məktubların kuryerlə göndərilməsi (Təcili sifariş) 20 AZN
Kredit borcları üzrə arayışın verilməsi 20 AZN Qazi və veteranlar, sənəd təqdim etdikdə, arayışların verilməsi pulsuzdur.
Nağd pulun mədaxili Pulsuz Mədaxil əməliyyatları üzrə Bankın qərarı ilə xüsusi xidmət haqqı tətbiq oluna bilər.
Nağd pul vəsaitlərinin məxarici
AZN, Xarici valyuta
Nağd şəkildə mədaxil olduqda Köçürmə şəkildə mədaxil olduqda
0% 1%
Həyat Yığım Sığortası üzrə daxil olan vəsaitlərin məxarici (AZN). (HYS müştərisi kassadan nağdlaşdırma üçün müraciət etdikdə kassa əməkdaşı müştərinin kredit borcunun olub olmamasını dəqiqləşdirmək üçün Müştəri sorğuları arxa ofis şöbəsinə müraciət etməlidir.) 0,2%
NAĞDSIZ ƏMƏLİYYATLAR Kağız daşıyıcısında biznes-mərkəzinə təqdim olunan Mobil Tətbiq üzərindən
(Digərləri)
Bankdaxili köçürmə Pulsuz Pulsuz
Bankdan kənar hesablara AZN-lə köçürmə. Adi icra olunma. 0.13% (min. 2 - max. 230 AZN) 0.10% (min. 1 - max. 150 AZN)
Bankdan kənar hesablara AZN-lə köçürmə. Təcili icra olunma. 0.15% (min. 5 - max. 275 AZN) 0.13% (min. 3 - max. 200 AZN)
Bankdan kənar hesablara xarici valyuta ilə köçürmə. Adi icra olunma. 0.35% (min. 30 - max. 500 EUR/ USD) 0.30% (min. 20 - max. 300 EUR/USD)
Bankdan kənar hesablara xarici valyuta ilə köçürmə. Təcili icra olunma. 0.50% (min. 40 - maks. 650 USD/EUR) Kağız daşıyıcısında ödənişlər saat 14-30-dan 16:00-dək həyata keçirilir.
Nağdsız mübadilə əməliyyatları 0,50% 0,40% 1. Məbləği 1,000,000 (bir milyon) AZN ekvivalentinədək konvertasiya tapşırıqları saat 10:15-dən kağız daşıyıcısında saat 15:30-dək, İnternet Bank üzərindən isə saat 15:45-dək verilərsə həmin əməliyyat günü, qeyd olunmuş vaxtdan sonra verilərsə növbəti bank əməliyyat günü(ləri) həyata keçirilir.
2. Məbləği 1,000,000 (bir milyon) AZN ekvivalentindən artıq olan nağdsız mübadilə əməliyyatlarında, artıq olan məbləğ üzrə konvertasiya tapşırıqları növbəti iş günlərində həyata keçirilir. Limitdən artıq məbləğ üzrə növbəti günlərin sayı 1,000,000 (bir milyon) AZN ekvivalenti məbləğinin mislinə müvafiq olaraq təyin edilir.
3. Limitdən artıq məbləğ üzrə mübadilə əməliyyatı növbəti gün(lər) həyata keçirilərsə, artıq məbləğ üzrə mübadilə məzənnəsi müştərinin müraciət etdiyi gün üzrə deyil, əməliyyat həyata keçirilən gün üzrə Bankın təyin etdiyi məzənnəyə uyğun edilir.
4. Müəyyən edilmiş limitlər daxilindən artıq olan konvertasiya tapşırıqları İnternet bank vasitəsilə qəbul olunmur.
5. Nağdsız mübadilə əməliyyatı üzrə tariflər və limitlər Bank tərəfindən fərdi qaydada dəyişdirilə bilər.
Araşdırma, düzəliş və ödənişin ləğvi
AZN ilə əməliyyatlar üzrə
Xarici valyuta ilə əməliyyatlar üzrə
10 AZN
30 AZN
Köçürülmüş vəsaitlər üzrə araşdırmalar aparıldıqda digər iştirakçı bankların komissiya haqları müştəridən əlavə olaraq tutulur. Müştəriyə səhvən daxil olmuş vəsait geri qaytarıldıqda Bank tərəfindən əlavə xidmət haqqı tutulmur. Komplayns sorğuları üzrə komissiya haqqı müştəridən əlavə olaraq tutulur.
50 AZN -dan xırda pul əskinazlarını daha iri pul vahidi olmaqla 50/100/200 AZN pul əskinazlarına dəyişdirilməsinə görə xidmət haqqı 1% (min 1 AZN)
Metal pulların qəbuluna və dəyişdirilməsinə görə xidmət haqqı (50 AZN-dən yuxarı) 3% (min 3 AZN)
Ipoteka kreditleri uzre notariusun depozit hesabindan mexaric komissiyasi 0,50%
DİGƏR XİDMƏTLƏR
Biznes Mərkəzərindəki POS terminal vasitəsi ilə nağdlaşdırma Milli valyutada Xarici valyudada
PAŞA bank kartları üzrə 0% 0%
Ölkədaxili və ölkəxarici bank kartları üzrə 2% (min. 1 AZN) 2% (min. 1 USD ekv.)
Bankdan kənar xarici valyuta ilə köçürmənin izlənməsi(SWIFT GPI tracking) 5 AZN bir ödəniş
Biznes Mərkəzdə kart sifarişinin həyata keçirilməsiƏDV 20 AZN
Müxtəlif növ sənədlərin və ya ödəniş kartların müştərinin ünvanına göndərilməsi (Bakı şəhərində)ƏDV 20 AZN
Müxtəlif növ sənədlərin və ya ödəniş kartların müştərinin ünvanına göndərilməsi (Bakı şəhərindən kənar, ölkə daxilində)ƏDV 30 AZN
Müxtəlif növ sənədlərin və ya ödəniş kartların müştərinin ünvanına göndərilməsi (ölkə xaricinə) Fakt əsasında müəyyən edilir

 *Nağd pulun mədaxili qeydlər:

1. ADM terminallarından, kassadan, Milliön və e-manat terminallarından mədaxil olunmuş vəsait nağd şəkildə mədaxil hesab edilir. Portmanat və kassam.az ilə onlayn daxil olan vəsait nağdlaşdırıldıqda köçürmə ilə gələn vəsait kimi qəbul edilir və tariflərə uyğun komissiya tutulur. ADM, Portmanat.az,Golden-pay, e-manat, milliön, kassam.az, hesab.az vasitəsi ilə hesaba köşk və ya sayt üzərindən mədaxil zamanı 0.6% komissiya haqqı tutulur. PAŞA Bankın filiallarında yerləşən e-manat və ADM köşkləri istisnadır.

2. Nağd şəkildə yerləşdirilmiş əmanət məbləği və hesablanmış faizlərə xidmət haqqı tutulmur.

3. Köçürmə yolu ilə mədaxil edilmiş vəsait minimum 6 ay müddətinə depozitə yerləşdirilirsə, depozitə yerləşdirilən məbləğ və hesablanmış faizlər həcmində komissiyasız məxaric limiti yaranır və istənilən zaman müştəri bu limitdən yararlara bilər. Depozitə yerləşdirilmiş məbləğ qeyd edilmiş vaxtdan əvvəl məxaric edilərsə bu halda standart komissiya haqqı tutulur. Bu şərt həmçinin Həyat Yığım Sığortası üzrə daxil olan vəsaitlərin məxarici əməliyyatına aiddir.

4. Köçürmə yolu ilə mədaxil edilmiş vəsaiti girov qoymaqla kredit və ya kredit xətti rəsmiləşdirilirsə (kredit müddətindən asılı olmayaraq), girovda saxlanılan məbləğ həcmində komissiyasız məxaric limiti yaranır və istənilən zaman müştəri bu limitdən yararlara bilər.

5. Kartdan köçümə xidməti vasitəsi ilə (3D-Payment) hesaba daxil olan məbləğ nağdlaşdırılarkən 1% komissiya haqqı tutulur.

6. Məbləğ Müştərinin “PAŞA Bank”da olan digər hesablarından əvvəlcə nağd mədaxil olunmuş və əmək haqqı hesabından köçürmə və ya konvertasiya vasitəsi ilə daxil olduğu təqdirdə, kommisiya tutulmur.

7. Xarici valyutada məxaric əməliyyatı USD, EUR və GBP-də həyata keçirilir. Digər valyutalarda məxaric üçün Bank xüsusi komissiya tətbiq edə bilər.

Digər qeydlər:

Bu tariflərdə qeyd edilməmiş valyutalarda əməliyyatların icraya qəbul edilməsi, habelə hansı şərtlər ilə aparılması üzrə qərarlar Bank tərəfindən qəbul olunur.

Bütün tariflər (kart tariflərindən başqa) əməliyyatın valyutasından asılı olaraq AZN, USD və ya EUR-da hesablanacaq və müştərinin istəyindən asılı olaraq, onun manat və ya digər valyutada olan hesabından əməliyyat gününə manatda və ya ekvivalentində Bankın təyin etdiyi məzənnəyə əsasən tutulacaq. Digər (AZN, USD və EUR-dan başqa) valyutalarda əməliyyatlar üzrə xidmət haqqı məbləğləri köçürmə tarixinə EUR ekvivalentində hesablanacaq və yuxarıda qeyd olunmuş qaydada tutulacaq.

Xarici valyutada olan əməliyyatlar üzrə xidmət haqların tutulması üçün möhlət müddəti verildikdə və xidmət haqqı əməliyyatından fərqli valyutada tutulduqda ödəniş zamanı əməliyyatın baş tutduğu günə “PAŞA Bank” tərəfindən təyin edilmiş məzənnə tətbiq ediləcək.

Hesaba köçürmə əməliyyatı əsasında mədaxil ediləcək vəsaitin valyutası ödəniş tapşırığında qeyd olunan hesablarının valyutasından fərqli olduqda, həmin vəsait əməliyyatın icra edildiyi günə olan Bankın məzənnəsi və qüvvədə olan tariflərinə uyğun şəkildə müştərinin hesabının valyutasına mübadilə olunaraq mədaxil ediləcəkdir.