İnvestisiya Bankçılığı

“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.
İnvestisiya Bankçılığı şirkətlərin maliyyə ehtiyaclarının təmin olunması baxımından bir çox yeni imkanlar yaradır və bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda korporativ və investisiya bankçılığı sahəsində ixtisaslaşan PAŞA Bank yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanlarına, müştərilərin ehtiyaclarını qarşılayan müxtəlif xidmətlərə və beynəlxalq təcrübəyə malikdir.

PAŞA Bank İnvestisiya Bankçılığı üzrə göstərdiyi xidmətlərə və əldə etdiyi uğurlara əsasən EMEA beynəlxalq maliyyə jurnalı tərəfindən “Europe Banking Award” mükafatı çərçivəsində 3 dəfə “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” nominasiyasında qalib elan olunub.

PAŞA Bank İnvestisiya Bankçılığı üzrə müştərilərə göstərdiyi xidmətləri daim genişləndirir. Bank bu sahədə hazırda aşağıdakı xidmətləri təqdim edir:

Səhmlərin buraxılması, idarə olunması və alınması

Anderraytinq və Marketmeykinq xidmətləri.

İstiqrazların buraxılması, idarə olunması və alınması

Anderraytinq və Marketmeykinq xidmətləri.

Qapalı yerləşdirmə

Qiymətli kağızların birbaşa investorlara (alıcılara) satışı.

Maliyyə məsləhətlərinin verilməsi

Qiymətli kağızlar üzrə təhlil və məsləhətlər.

Valyuta mübadiləsi

Böyük həcmdə vəsaitlər üzrə valyuta mübadiləsi.

Törəmə maliyyə alətləri (derivativlər)

Maliyyə alətlərinin alışı və satışı əməliyyatları: Forward, SWAP, Option.

Qiymətli kağızların alışı və satışının icra edilməsi

Müştərilər üçün qiymətli kağızların alışı və satışı xidməti.

Qiymətli kağızların alışı və satışı üzrə əqdlər

Qiymətli kağızların alışı və satışı sahəsində REPO və Əks REPO xidmətləri.

İnvestisiya Bankçılığı əlavə maliyyələşmənin cəlb olunması baxımından ənənəvi kredit ilə müqayisədə bir sıra fərqli cəhətlərə və üstünlüklərə malikdir. Buna misal olaraq, istiqraz buraxılışının və bank kreditinin fərqli cəhətləri ilə cədvəldə tanış ola bilərsiniz.

Göstəricilər Bank krediti Qiymətli kağız buraxılışı
Şərtlər müəyyən olunur Bank tərəfindən Bank və emitent arasında
İnvestorlar Bank Yerli və xarici investorlar
İnvestorların təsir dərəcəsi Yüksək Aşağı
İctimai borcalma tarixi Yoxdur Mövcuddur
Borcun həcmi Bir bankın məhdud səlahiyyətləri ilə Böyük
Girov Tələb olunur Tələb olunmur
Xüsusi şərtlər Sərtdir Mülayimdir
Faiz ödənişi Aylıq Rüblük və ya yarımillik
Əsas məbləğin ödənişi Minimum aylıq Tədavül müddətinin sonu
Reputasiya Emitentin tanınmasına güclü təsiri yoxdur Emitentin tanınmasına müsbət təsir

Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya treasury@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.