Biznes fəaliyyətində dövriyyə vəsaitlərinin əhəmiyyətini nəzərə alaraq, hər bir istehsalçı və ya təchizatçı satdığı məhsul və xidmətlər üçün ödənişləri tez almaq, məhsul və xidmətləri alan şirkətlər isə əksinə ödənişləri mümkün qədər gec həyata keçirmək istəyirlər.
Bu kimi hallar üçün dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə PAŞA Bank müştərilərə faktorinq xidmətini təklif edir. Bu xidmət vasitəsilə şirkətlər yerli və xarici debitor və kreditor borclarının faktura dəyərinin 90%-dək məbləğində maliyyələşdirmə imkanı əldə edə bilərlər.
PAŞA Bank faktorinq xidmətlərini əməliyyatların növündən, işləmə prinsipindən, coğrafiyasından asılı olaraq faktorinq, əks faktorinq, invoys diskontlaşdırma, idxal faktorinqi, ixrac faktorinqi, alış sifarişlərinin maliyyələşməsi kimi subməhsullar vasitəsilə Müştərilərinə təklif edir.
PAŞA Bankın xidmətindən istifadə edən şirkətlərin sayı, əməliyyat həcmləri ilbəil artır. 2017-ci ilin 10 ayı ərzində faktorinq xidmətlərindən istifadə etməklə həyata keçirilən ümumi dövriyyənin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb. Müvafiq olaraq maliyyələşən invoysların sayında isə həmin dövr üzrə 36% artım qeydə alınıb. Xidmətdən yalnız PAŞA Bankın müştəriləri deyil ölkədə fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da istifadə edə bilir.
Faktorinq xidmətləri üzrə ölkə bank bazarında lider olan PAŞA Bank 2015-ci ildən etibarən Beynəlxalq Faktorinq Təşkilatının üzvüdür.