“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Bank qarantiyası

Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin effektiv yolu

Məhsul haqqında

• Müştəri müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda Qarant bank Sifarişçiyə müəyyən məbləğdə vəsaitin ödənilməsinə təminat verir
• Alıcıya Təchizatçı tərəfindən müqavilə çərçivəsində malların çatdırılması, xidmətlərin göstərilməsi öhdəliklərinin yerinə yetirilməsinə təminat verir
• Təchizatçıya təhvil verilmiş mallar, göstərilmiş xidmətlərin dəyərinin alıcı tərəfindən ödənilməsinə zəmanət verir

Bank qarantiyasından kim istifadə edə bilər

Tərədaşlarla biznes əməkdaşlıq müqavilələri olan kiçik və orta müəssisələr (hüquqi şəxslər və fərdi sahibkarlar)

Qarantiya növləri

• Tender qarantiyası
Podratçının işlərin/xidmətlərin sifarişçisi qarşısında tender şərtlərinə əməl etməsinə təminat verir (qalib elan edilən müəssisənin işlərin yerinə yetirilməsi və ya malların çatdırırılması müqaviləsinin imzalamasına etiraz etmə riskini aradan qaldırır)

• İcra qarantiyası
Podratçının sifarişçi qarşısında müqavilə üzrə malların çatdırılması/işlərin icrası barədə öhdəliklərini tam yerinə yetirilməsinə təminat verir

• Avans ödənişin geri qaytarılması qarantiyası
Təchizatçı tərəfindən işlərin icrası, malların çatdırılması barədə öhədliklərini yerinə yetirilmədiyi halda avans ödənişin geri qaytarılmasına təminat verir

• Maliyyə vəsaitlərinin saxlama qarantiyası
Bu qarantiya müqavilənin bitmə müddətinə kimi (qüsurların aradan qaldırılma müddəti də daxil olmaqla) sifarişçi tərəfindən müqavilənin müəyyən hissəsi dəyərində olan vəsaitin əldə olunmasına imkan yaradır. Qarantiya podratçı tərəfindən görülmüş işlərin icrası ilə bağlı hər hansı uyğunsuzluq olduğu halda sifarişciyə qarantiya məbləğini ödənilməsinə təminat verir

• Ödəmə qarantiyası
Çatdırılmış malların, görülən işlərin dəyərinin Alıcı tərəfindən Satıcıya ödənilməsinə təminat verir

• Kontr qarantiya
Müştərinin ərizəsi əsasında Bank kontrqarant (PAŞA Bank) tərəfindən Bank qarantın (benefisiarın bankı) xeyrinə verilmiş qarantiya və bunun əsasında Bank qarant benefisiarın xeyrinə öz qarantiyasını verir

Üstünlüklər

Qarantiyanın rəsmiləşdirməsi üçün minimal sənəd toplusu

Qarantiyanın müraciət günü baxılması və əldə etmək imkanı

Təcrübəli mütəxəssilər tərəfindən müqavilələrin /əməliyyatların / tender təşkilatçının xüsusi tələblərini nəzərə alaraq qarantiyaların hazırlanması

Rahat və sərfəli tariflər

Yüksək etibarlılıq - Müqavilə şərtlərinin yerinə yetirilməsinə Azərbaycanının aparıcı korporativ kommersiya bankı tərəfindən təminat verilir

Video

Qarantiyadan istifadənin faydaları

• Öncədən ödəniş etmədən müqavilə üzrə ödəniş öhdəliklərinin yerinə yetirilməsinin imkanı
• Kontraqent tərəfindən borc vəsaitlərinin cəlbolunması xərcindən daha aşağı olan əmtəə kreditinin alınması imkanı
• Müqavilə üzrə çatdırılmış malların və ya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsinə möhlət verilməsi imkanı
• Təhlükəsizlik - Yeni partnyorlarla müqavilələri riskiz bağlayın
• Əməkdaşlıq bazasının genişləndirməsi imkanı
• Bank qarantiyası bağlanmış müqavilə üzrə şərtlərin dəqiq və düzgün yerinə yetirilməsini stimullaşdırır

Bank qarantiyasın necə rəsmiləşdirmək olar?

1

Qarantiyanı almaq üçün ərizəni Bankın Sizə yaxın Biznes mərkəzinə və ya sayt üzərindən təqdim edin

2

Bank menecerinin dəstəyi ilə sənədləri toplayın

3

Bank ilə müqavilə bağlayın

4

Qarantiyanı əldə edin

Kiçik və orta biznes xidmətləri üçün müraciət etmək və ya sifariş göndərmək

İllik dövriyyəsi 8 mln. AZN-dək olan kiçik və orta sahibkarlar üçün

Siz fərdi sahibkar/hüquqi şəxssiniz?*:

Kiçik və orta biznes üçün məhsullar haqqında daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Bizə yazın

icon

Sifariş göndərmək

icon