“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Alış sifarişi əsasında maliyyələşmə

Mal və xidmətlərin təchizatının girovsuz, qısa zamanda və sərfəli şərtlərlə maliyyələşdirilməsi

Məhsul haqqında

Mal və ya xidmətin təchizatı barədə Alıcı tərəfindən təqdim edilən Alış sifarişi və ya Müqavilə üzrə işlərin icra edilməsi üçün Təchizatçının maliyyələşdirilməsi

Məhsuldan kimlər faydalana bilər

Alıcıları ilə rəsmi müqavilə və ya Alış sifarişi əsasında əməkdaşlıq edən və icra etdiyi işlər üzrə Alıcıları tərəfindən ödənişləri Bank hesabına edilən Təchizatçılar

Üstünlüklər

Təchizatçı öz dövriyyə vəsaiti olmadan Bankdan əldə etdiyi vəsaitlə Alıcının təklif etdiyi Tenderdə iştirak edə və tender sifarişini icra edə bilər

Təchizatçı Alıcıdan Avans ödənişi tələb etməyə bilər və bu şərtin olmamasına görə əlavə rəqabət üstünlüyü qazana bilər

Dövriyyə vəsaiti tez və sərfəli şərtlər ilə maliyyələşdirilir

Hər hansı növ girov təminatının təqdim olunması tələb edilmir

Məhsul necə işləyir?

1
Təchizatçı

Alıcı tərəfindən göndərilmiş Alış sifarişinin icrası məqsədilə Banka həmin Alış sifarişini təqdim edir və maliyyələşmə üçün müraciət edir

2
img

Təchizatçının müraciət ərizəsi təhlil olunur

3
img

Təchizatçının müraciəti təsdiqlənir və maliyyələşmə həyata keçirilir

4
Təchizatçı

İşlər görüldükdən sonra Təchizatçı Alış sifarişi üzrə icra edilən işlərə dair Hesab Fakturanı və digər müvafiq sənədləri Banka təqdim edir

5
Alıcı

Sifariş icra olunduqdan sonra Alıcı tərəfindən Təchizatçının PAŞA Bankdakı cari hesabına ödənişlər daxil olur və borc silinir

Video

Məhsuldan necə faydalana bilərsiniz?

1

Aşağıda qeyd olunan sorğunu doldurur və ya Bankın istənilən satış strukturuna yaxınlaşırsınız

2

Alıcı tərəfindən göndərilmiş Alış Sifarişini və sənəd paketini Banka təqdim edirsiniz

3

Maliyyələşməni əldə edirsiniz

Kiçik və orta biznes xidmətləri üçün müraciət etmək və ya sifariş göndərmək

İllik dövriyyəsi 8 mln. AZN-dək olan kiçik və orta sahibkarlar üçün

Siz fərdi sahibkar/hüquqi şəxssiniz?*:

Kiçik və orta biznes üçün məhsullar haqqında daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Bizə yazın

icon

Sifariş göndərmək

icon