“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Аkkreditiv

Tərəfdaşlarla hesablaşmanın aparılmasında etibarlı vasitə

Məhsul haqqında

Bankın müqavilə üzrə hesablaşmaların aparılmasını öz öhdəsinə götürülməsi aləti: satıcı pulunu alacağından, alıcı isə bankın malların göndərilməsi barədə sənədlər əsasında ödənişi edəcəyindən əmindir
• Örtüklü (nağd vəsaitlə təmin edilmiş) akkreditiv - akkreditivin açılma tarixinə ödəyicinin (alıcının) vəsaiti tam məbləğdə emitent və ya icraçı bankdakı hesablaşma hesabında bloklaşdırılır
• Örtüksüz (qarantiya verilmiş) akkreditiv - Emitent bank akkreditivi ərizəçiyə (alıcıya) bank kredit vəsaiti hesabına açır

Akkreditivdən kim istifadə edə bilər

• Tərəfdaşlarla qarşılıqlı biznes əməkdaşlıq müqavilələri olan kiçik və orta müəssisələr (hüquqi şəxslər və fərdi sahibkarlar)
• Akkreditiv hesablaşmalarının istifadəsi həm alıcıların, həm də satıcıların maraqlarını müdafiə etməyə imkan verir. Alıcı üçün ən vacib olan malların çatdırılması/xidmətlərin/işlərin görülməsi, satıcı üçün isə ödənişi vaxtında almaqdır

Hesablaşmalarda akkreditiv ən çox aşağıdakı hallarda istifadə olunur

• Biznes tərəfdaşları yeni, sınanmamış ticarət əlaqələri qurduqda
• Satıcı alıcının ödəmə qabiliyyətinə əmin olmadıqda, alıcı isə satıcının malların çatdırılmasından/işlərin yerinə yetirilməsindən/xidmətlərin göstərilməsindən əmin olmadıqda
• Müqavilənin təyinatı iri proyektlər və ya xüsusi sifarişlər əsasında hazırlanan məhsullar olduqda

Akkreditiv ilə əməliyyatlar

• Akkreditivin açılması - Ərizəçinin (Bankın müştərişi) müraciəti əsasında emitent Bank tərəfindən (PAŞA Bank) mal və ya xidmətlərin təchizatçısının xeyrinə ödənişi həyata keçirməyi və ya bu ödənişi akkreditivin şərtlərinə uyğun olan sənədlər qarşılığında digər banka (icraçı) ötürülməsi barədə öhdəliyin verilməsi

• Akkreditivin təsdiq olunması - digər bank tərəfindən açılan akkreditiv üzrə ödənişlərin həyata keçirilməsi barədə əlavə öhdəliyin verilməsi

• Akkreditivin avizo olunması - bank tərəfindən təchizatçının xeyrinə akkreditivin açılması və akkreditivə hər hansı düzəlişin olunması barədə rəsmi bildiriş

• Akkreditivin yerinə yetirilməsi - təchizatçı tərəfindən malların və ya xidmətlərin təchiz olunması barədə təqdim olunmuş akkreditiv üzrə sənədlərin yoxlanılması və bunun əsasında ödənişin həyata keçirilməsi

Üstünlüklər

Müqavilənin bütün tərəflərinin qorunmasının təminatı

Akkreditivlərin beynəlxalq vahid qaydalara əsaslandığına görə, yüksək dərəcədə hüquqi təhlükəsizliyin olması

Müqavilə üzrə hesablaşmaların vaxtında icra olunması

Biznesin genişləndirilməsi – yeni tərəfdaşlarla işgüzar əlaqələrin effektiv qurulması

İdxalçı üçün akkreditiv

• Avans ödənişdən imtina edin
• İxracatçının müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin azaldın

İxracatçı üçün akkreditiv

• Akkreditiv hesablaşma formasından istifadə edin - malların (işlərin, xidmətlərin) ödənilməsinin təminatı
• Gecikmə olmadan ödənişi əldə edin

Akkreditiv necə işləyir?

1

Müqavilə imzalanır

2

Alıcı akkreditivin açılması üçün banka müraciət edir

3

Akkreditivin açılması

4

Bank tərəfindən təchizatçıya akkreditivin açılması barədə bildirişin göndərilməsi (avizo olunması)

5

Malların təchizatçı tərəfindən göndərilməsi

6

Təchizatçı tərəfindən malların göndərilməsini təsdiq edən sənədlərin banka təqdim olunması

7

Sənədlərin yoxlanması və təchizatçıya ödənişin olunması (akkreditivin icrası)

8

Bank tərəfindən sənədlərin alıcıya ötürülməsi

Akkreditivi necə əldə etmək olar?

1

Akkreditiv üçün ərizəni Bankın Sizə yaxın olan Biznes mərkəzinə və ya sayt üzərindən təqdim edin

2

Sənədlər toplusun təqdim edib və PAŞA Bankda hesab açın

3

Akkreditivin açılması üçün bankla müqavilə bağlayın

Kiçik və orta biznes xidmətləri üçün müraciət etmək və ya sifariş göndərmək

İllik dövriyyəsi 8 mln. AZN-dək olan kiçik və orta sahibkarlar üçün

Siz fərdi sahibkar/hüquqi şəxssiniz?*:

Kiçik və orta biznes üçün məhsullar haqqında daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Bizə yazın

icon

Sifariş göndərmək

icon