“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Alış sifarişi əsasında maliyyələşmə

Alış sifarişi (Purchase Order) – Alıcı tərəfindən mal və işlərin icrası məqsədilə Təchizatçıya təqdim edilən nömrəli sifariş sənədidir. Sənəd özündə mal / iş ilə bağlı məlumatları, malların siyahısını (adı, kodu, sayı, qiyməti, ölçüsü), sertifikasiya məlumatını, müqavilə şərtlərini əks etdirir.

Alış sifarişi əsasında maliyyələşmə: Alıcının Təchizatçıya (Müştəri) təqdim etdiyi Alış sifarişinin (Purchase Order) maliyyələşdirilməsidir. Təchizatçı Alıcı qarşısında sifarişin icrası məqsədilə Banka maliyyələşmə üçün müraciət edir və Bank tərəfindən Təchizatçının maliyyələşməsi həyata keçirilir. İşlər görüldükdən sonra Təchizatçı Alış sifarişi üzrə icra edilən işlərə dair Hesab Faktura, Təhvil-Təslim AKT-ı və digər müvafiq sənədləri Banka təqdim edir.

Alış sifarişi əsasında maliyyələşmə xidmətinin üstünlükləri:

• Təchizatçı dövriyyə vəsaitlərini digər vacib xərclərə yönəldə bilir
• Təchizatçı və Alıcı arasında etibarlı tərəfdaşlığa tövhə verir
• Alıcıdan işin icrası üçün ilkin ödənişi tələb etməyə ehtiyac qalmır və bu da müştəriyə olan xidmət keyfiyyətini arıtırır
• Təchizatçıya rəqabətqabiliyyətli təklif vermə imkanı yaranır
• Təchizatçı valyuta risklərindən qorunur
• Təchizatçının borcları bank tərəfindən idarə edilir

FAQ

Onlayn müraciət forması

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya factoring@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.