“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Beynəlxalq faktorinq xidməti

Beynəlxalq ticarət əməliyyatları zamanı, hər bir ixracatçı şirkət satdığı məhsul və göstərdiyi xidmət üçün ödənişləri tez almaq, idxal edən şirkət isə məhsul və xidmətlər üzrə ödənişləri bir müddət sonra həyata keçirtmək istəyir.

Bu kimi hallar üçün, Beynəlxalq Faktorlar Assosiasiyasının (Factors Chain İnternational) Azərbaycandan ilk və yeganə üzvü olan PAŞA Bank xarici ticarət əməliyyatları həyata keçirən şirkətlərə İxrac və İdxal Faktorinq xidmətlərini təklif edir.

PAŞA Bankın dünya üzrə 270-dən çox bankı və şirkəti birləşdirən Beynəlxalq Faktorlar Assosiasiyasında üzvlüyü beynəlxalq faktorinq xidmətləri bazarına çıxış imkanlarını təmin edir. Bunun sayəsində müştərilər xarici ticarət əməliyyatlarını genişləndirmək və rəqabət üstünlüklərini gücləndirmək üçün böyük imkanlar əldə edir.

Assosiasiyanın hər bir üzvünə qarşı həm maliyyə dayanıqlığı, həm də təqdim edilən xidmətlərin keyfiyyəti baxımından çox ciddi tələblər mövcuddur, bu isə müştərilərə yüksək səviyyədə beynəlxalq faktorinq xidmətlərinin göstərilməsini təmin edir.

İxrac Faktorinqi xidməti – Azərbaycandan ixrac edən şirkətlərin dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyələşdirilməsi məqsədilə Alıcılara (Borclulara) qarşı pul tələbi hüququnun (debitor borclarının) Banka (Faktor) güzəşt etməsidir. Bank isə Alıcının ölkəsində olan faktorinq şirkətinə və ya banka eyni borcu güzəşt edərək ixracatçını maliyyələşdirir.

İdxal faktorinqi xidməti – Azərbaycana idxal edən şirkətlər (Borclu) digər ölkələrdəki Təchizatçıları (İxracatçı) qarşısında öhdəliklərinin ödənilməsi məqsədilə Borcluya qarşı pul tələbinin (kreditor borclarının) Bank (Faktor) tərəfindən Təchizatçıya ödənilməsidir. Bank bu əməliyyatı İxracatçının ölkəsindəki faktorinq şirkəti və ya bank vasitəsilə maliyyələşdirir.

Beynəlxalq faktorinq xidmətinin üstünlükləri

• Borcların 90%-dək həcmində nağd vəsaitlərin tez əldə edilməsi və dövriyyə vəsaitlərinin artımı;
• Xarici ticarət əməliyyatlarının daha əlverişli şərtlərlə maliyyələşdirilməsi;
• Erkən ödəniş və alış-satış həcmlərinin artımı sayəsində qiymət endirimlərindən istifadə;
• Rəqabətə davamlı satış şərtləri sayəsində xarici bazarlarda məhsul satışının artımı;
• İxracatçının borclarını toplaması proseduru sadələşir;
• Debitor borcların peşəkar idarəedilməsi;
• İxracatçı və İdxalçı valyuta risklərindən qorunur və bu riskləri İxrac və İdxal faktoruna ötürülməsi;
• İdxalçı üçün mal və xidmətlərin idxalı sürətlənir
• İdxalçı dövriyyədəki vəsaitini daha vacib ehtiyaclara yönəldə bilir

PDF yüklə

FAQ

Onlayn müraciət forması

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya factoring@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.