PAŞA Bankın Əlaqə Mərkəzi Bankın xidmət və məhsulları haqqında ətraflı və dəqiq məlumatın alınması və bir çox xidmətlərin banka gəlmədən icra olunması imkanını yaradır.
Əlaqə Mərkəzinə zəng edərkən identifikasiyadan keçərək Siz aşağıdaki xidmətlərdən yararlana bilərsiniz:
1) Plastik kartın blokdan çıxarılması;
2) 3D təhlükəsizlik xidmətinin aktiv edilməsi / 3D təhlükəsizlik xidmətinin deaktiv edilməsi / 3D təhlükəsizlik xidməti üzrə aktiv nömrənin yoxlanılması / dəyişdirilməsi;
3) Yüksək risk qrupuna aid regionlarda əməliyyatlara limitlərin aradan qaldırılması;
4) Uğursuz PİN cəhdlərinin sıfırlanması;
5) Balans / Hesab üzrə qalıq;
6) Plastik kartın bloklaşdırılması;
7) İB istifadəçisinin blokdan çıxardılması / Şifrənin yenilənməsi;
8) Kredit borcu / statusu haqda məlumatın təqdim edilməsi;
9) Sistemdə qeyd olunan elektron poçt ünvanının yoxlanılması və təsdiqlənməsi;
10) Əmək haqqının hesabda əks olunub olunmaması barədə məlumatın əldə edilməsi;
11) Kartla aparılan əməliyyatların yoxlanılması (Bloklaşdılırmış məbləğin miqdarı barəsində məlumat verdikdə);
12) Kartın növünə görə nağdlaşdırma tarifi - əmək haqqı kartları;
13) Plastik kartın statusunun yoxlanılması (aktiv/deaktiv olması ; yeni əldə edilmiş kartlar istisna olmaqla).
Əlaqə Mərkəzinə müraciət etdikdə aşağıdakı müraciət növləri üzrə identifikasiya tələb olunmur:
1) Ödəniş kartları üzrə tariflər;
2) 3D secure xidmətinin sistemdə olan nömrəyə qoşulması;
3) Fiziki / Korporativ xidmətlər üzrə tariflər;
4) Bank rekvizitləri;
5) Valyuta məzənnələri;
6) Hesabın açılması üçün sənədlərin siyahısı/ərizə nümunələri;
7) Bank məhsulları üzrə məlumat;
8) Müştəri müraciətlərinin, şikayətlərin və təkliflərin qəbulu;
9) Məbləğin bloklaşdırıb bloklaşdırılmaması barədə məlumat - Blokda olan məbləğ ilə bağlı sorğuların qeydiyyata alınması;
10) ATM ünvanları və statusları;
11) POS terminal ilə bağlı ümumi sorğuların cavablandırılması/ Tranzaksiyaların yoxlanılması;
12) Depozit / kredit ilə bağlı ümumi məlumat;
13) İB / Mobil əlavə üzrə ümumi sorğular;
14) Müştəri rekvizitlərinin təqdim edilməsi (İBAN);
15) Sistemdə olan e-mail ünvanına çıxarışların göndərilməsi;
16) Kartın növünə görə nağdlaşdırma tarifi : şəxsi istifadə üçün təqdim edilən kartlar.