“PAŞA Bank” sizə Azərbaycanın bütün ərazisində “MilliÖN” ödəmə sisteminin terminalları vasitəsilə vəsaitlərin sadə və əlverişli köçürmə üsulundan istifadə etməyi təklif edir. Bu məhsul sizə aşağıdakı üstünlükləri verir:
• Vəsaitlərin cari, kredit və kart (əmək haqqı kartları istisna) hesablarına köçürülməsi, bu, sizi Banka şəxsən getmək zərurətindən azad edir.
• Mədaxil iş günü edildikdə vəsaitlərin dərhal, qeyri-iş günü (şənbə, bazar və bayram günləri) edildikdə isə növbəti iş günü karta/hesaba köçürülməsi sizin vaxtınıza qənaət edir.
• Terminallar həm yerli, həm də xarici valyutanı qəbul edir (USD, EUR, RUB).
İstifadə qaydaları
1. Əsas səhifədən "Bank xidmətləri" bölməsini seçin və "İrəli" düyməsini basın.
2. "PAŞA Bank" seçin və "İrəli" düyməsini basın.
3. "Müştərinin İD nömrəsini*, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini** və ya VÖEN daxil edin***, Təsvir**** yazın və "İrəli" düyməsini basın.
4. Əlavə etdiyiniz məlumatın dəqiq olduğuna əmin olduqdan sonra "Bəli" düyməsini basın.
5. Kart/hesab növünü seçin və "İrəli" düyməsini basın.
6. Mədaxil valyutasını seçin və "İrəli" düyməsini basın.
7. Lazımi məbləği daxil edin və "İrəli" düyməsini basın.
*"Müştərinin İD nömrəsi" dedikdə, "PAŞA Bank"da hesab açmış müştəriyə bank tərəfindən təqdim edilmiş indentifikasiya nömrəsi nəzərdə tutulur.
**Mədaxil fiziki şəxsin hesabına edilirsə, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi daxil edilməlidir.
***Mədaxil hüquqi şəxsin və yaxud VÖEN əsasında fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsin hesabına edilirsə, VÖEN nömrəsi daxil edilməlidir.
****Təsvir xanasının doldurulması mütləq deyil, boş saxlanıla bilər.
Əməliyyat uğurla yerinə yetirildikdən sonra mədaxili təsdiqləyən qəbzi götürməyi unutmayın.
Mədaxil sonrası yarana biləcək hər hansı çətinliyin araşdırılması üçün qəbzin təqdim edilməsi vacibdir.