PAŞA Bank müasir texnologiyalar əsasında müştərilərinə İnternet Bank xidmətini təqdim edir. İnternet Bank xidməti müştərilər üçün banka gəlmədən uzaqdan bank xidməti texnologiyası əsasında bir sıra bank xidmətlərindən istifadə imkanını təmin edir.

Xidmətin üstünlükləri

- Dünyanın istənilən yerindən və hər gün 24 saat ərzində istifadə imkanı
- Səlahiyyətli əməkdaşların xüsusi açar vasitəsilə istənilən kompüterdən sistemə daxil olmaqla əməliyyat aparmaq imkanı
- Şirkət əməkdaşlarının iş yükünün azalması, banka gəlmək üçün vaxt sərfinin aradan qalxması, əməkdaşların rahatlığı və məmnunluğu
- Xidmətin istifadəsi üçün xüsusi avadanlığa və proqram təminatına ehtiyacın olmaması

Internet Bank xidmətinə qoşulmuş müştərilər aşağıdakı keçid vasitəsilə 24/7 rejimində İnternet Bank sisteminə daxil ola bilər.

İnternet Bank

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Əməliyyatlar

- Yerli ödənişlər – Azərbaycan Respublikası daxilində ödənişlər
- Beynəlxalq ödənişlər – ölkə hüdudlarından kənara xarici valyuta ilə ödənişlər
- Konvertasiya – xarici valyutanın alınması və satılması
- Hesab üzrə çıxarışlar – istənilən müddət üçün çıxarışların əldə edilməsi
- Hesab üzrə qalıq – hesabda qalıq məbləği barədə məlumatın alınması
- Plastik kartlarda qalıq barədə məlumat
- Kreditlər barədə məlumat
- Depozitlər barədə məlumat
- Valyuta mübadiləsi məzənnələri barədə məlumat

Internet Bank xidmətinə qoşulmuş müştərilər aşağıdakı keçid vasitəsilə 24/7 rejimində İnternet Bank sisteminə daxil ola bilər.

İnternet Bank

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Xidmətə qoşulma

İnternet Bank xidmətindən istifadə üçün PAŞA Bankın biznes mərkəzlərində müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə İnternet Bank sisteminə qoşulmaq üçün Login və Şifrə verilir. Bankın əməkdaşları İnternet Bank xidmətindən istifadə üzrə şirkətin əməkdaşlarının təlimatlandırılması işlərini və tam məsləhət dəstəyini həyata keçirirlər.