Plastik kartlarla nağdsız ödənişlərin sürətlə genişlənməsi ticarət və xidmət müəssisələri üçün satış həcmlərinin artımı, iş yükünün və risklərin isə azalması baxımından yeni imkanlar yaradır.
Bu imkanlardan istifadə üçün PAŞA Bank ticarət və xidmət müəssisələrinə nağdsız ödənişlərin qəbulu üçün POS terminal (ekvayrinq) xidmətini təqdim edir.
PAŞA Bank satış və xidmət müəssisələrində POS terminallar quraşdırılan zaman satıcıların və xəzinədarların terminaldan istifadə ilə bağlı tam təlimatlandırılmasını həyata keçirir.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.