PAŞA Bank ödəniş kartları ilə internetdə əməliyyatlarının təhlükəsizliyi üçün Müştərilərə pulsuz "3D Secure" xidmətini təqdim edir.

Kartla Azərbaycanda və ya xaricdə əməliyyat apararkən dələduzluq məqsədi ilə fırıldaqçılar görünməz qurğular, müxtəlif saytlar və sair yollarla kart məlumatlarını öyrənərək saxta kart hazırlaya və hesabdan pul vəsaitini silə bilərlər. "3D Secure" xidməti isə kartla dələduzluq riskini minimuma endirir.

Xidmətə qoşulmuş kart ilə internetdə ödəniş edərkən, Müştərinin mobil telefonuna SMS vasitəsilə birdəfəlik şifrə göndərilir və əməliyyat yalnız həmin şifrə daxil edildikdən sonra həyata keçir, bu isə dələduzluq risklərini minimuma endirir.

Xidmətə qoşulma və istifadə pulsuzdur. Müştəri dərhal xidmətə qoşulur.