Fərdi müştərilər üçün Mobil əlavə
PAŞA Bank Android (Play Market) və iOS (App Store) əməliyyat sistemlərində olan telefon və planşet istifadəçiləri üçün yeni Mobil Bank Əlavəsini təqdim edir.
Bu Mobil Bank Əlavəsi banka gəlmədən öz şəxsi profilinizdən PAŞA Bank ödəniş kartları vasitəsi ilə aşağıdakı bank əməliyyatlarını həyata keçirmək fürsəti yaradır:
• Kart hesablar üzrə əməliyyatların tarixçəsi görmək və balans haqqında ətraflı məlumat əldə etmək;
• Kartlar və hesablar üzrə çıxarış və rekvizitlərin elektron ünvana göndərilməsi;
• Bank kartlarını bloka salmaq və ya blokdan çıxarmaq;
• Bank kartları vasitəsi ilə müxtəlif istiqamətlərdə ödənişləri həyata keçirmək (kommunal, mobil operator, dövlət rüsumları, cərimələr və s.);
• PAŞA Bank kartlarından digər bank kartlarına köçürmə əməliyyatlarını həyata keçirmək;
• SMS məlumatlandırma xidmətini aktivləşdirmək, telefon nömrəsini dəyişmək və ya xidməti dayandırmaq;
• Birbaşa Əlaqə Mərkəzinə zəng etmək, Banka elektron məktub göndərmək və ya internet səhifəsinə daxil olmaq;
• PAŞA Bank cari kredit məhsulları ilə tanış olmaq və onlara müraciət etmək;
• PAŞA Bank istehlak kreditlərini digər yerli bank kartları vasitəsilə ödəmək;
• PAŞA Bank istehlak kreditlərini digər yerli bank kartları vasitəsilə əvvəlcədən ödəmək;
• Debet kartının müddətinin uzadılması və ya kartın dəyişdirilməsi;
• Touch ID ilə Mobil əlavəyə təhlükəsiz daxil olma;
• Debet kartının sifarişi;
• PAŞA Həyat Sığorta kartının sifarişi;
• Onlayn növbə xidməti;
• Parkinq haqqının ödənişi;
• Səfirliyə məktubun təqdim edilməsi üçün müraciət və s.
Qeydiyyat:
- Ş/V-nin FİN kodunu və ya kartınızın 16 rəqəmli nömrəsini qeyd edin;
- Aktivasiya kodunun göndərilməsi üçün telefon nömrəsini seçin;
- Aktivasiya kodunu daxil edin və şəxsi məlumatlarınızı doldurun.
Android əməliyyat sistemi ilə telefonlar və planşetlər üçün:
https://play.google.com/store/apps/details?id=az.pasha.mobilebank
iOS əməliyyat sistemi ilə telefonlar və planşetlər üçün:
https://itunes.apple.com/az/app/pasha-mobile-bank/id1139683794
Ödənişlər Mobil operatorlar Kommunal ödənişlər Dövlət rüsumları Bank/Kredit ödənişləri Telefon, İnternet, Kabel TV Taksi Parkinq | ![]() | SMS məlumatlandırma Xidmətə qoşulmaq Nömrəni dəyişmək Xidməti dayandırmaq |
Köçürmələr Öz kartlar arasında köçürmə Digər kartlara köçürmə | Əməliyyatların tarixçəsi Müxtəlif dövr ərzində Əməliyyat növləri üzrə Ödəniş növləri üzrə | |
7/24 rejimində dəstək Bizim Əlaqə mərkəzimiz geniş məlumat xidmətlərini göstərir | Bloklaşma/blokdan azad etmə Kartı bloka salmaq Kartı blokdan azad etmək | |
Təhlükəsizlik Bütün məlumatlar PCI DSS standartına uyğun olaraq saxlanılır. | Şablonlar Əvvəlcədən yaradılmış şablonlar növbəti ödənişlərinizi və pul köçürmələrinizi tez və rahat şəkildə həyata keçirməyə imkan verir. | |
PAŞA Bank kredit Kreditə müraciət Kreditin ödənişi Kreditin əvvəlcədən ödənişi |
Tez-tez verilən suallar