SMS Bankçılıq xidməti günün istənilən vaxtı ödəniş kartı üzrə aparılan bütün əməliyyatlar haqqında mobil telefona dərhal SMS məlumat almaq imkanı təqdim edir:
• kart hesabına pul vəsaitlərinin mədaxili;
• kartdan nağd vəsaitlərin çıxarılması;
• kartla nağdsız ödənişlərin həyata keçirilməsi;
• kart üzrə digər əməliyyatlar.
SMS Bankçılıq üzrə aylıq xidmət haqqı bir kart üçün 3 AZN/USD/EUR/GBP təşkil edir. Mobil operatorların xidmətləri üzrə ödəniş kart sahibi və müvafiq mobil rabitə operatoru arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilir.
"SMS Bankçılıq" xidmətinə qoşulma hazırda "PAŞA Bank"ın Çağrı mərkəzinə zəng etməklə və Bankın filiallarında müştəri ərizəsi əsasında icra edilir.
Çağrı mərkəzinə zəng edərkən xidməti səsli cavablandırma anonsları (İVR) vasitəsilə müvafiq seçim etməklə və ya operatora qoşulmaqla aktiv etmək mümkündür.
Xidmətə uğurla qoşulduqdan sonra müştərinin mobil nömrəsinə avtomatik olaraq təsdiq mesajı gəlir.
Qeyd: Xidmət haqqının silinmə günü balansda kifayət qədər məbləğ olmadıqda xidmət avtomatik olaraq deaktiv edilir. Bu barədə müştəriyə 5 gün əvvəl (balansda vəsait olmadığı halda) və deaktivasiya günü SMS ilə məlumat göndərilir.