İnsan Resursları üzrə Ekspert Qrupun Tərkibi:
1. “PAŞA Holding” MMC-nin Qrup üzrə Strateji İR və Transformasiya Qrupunun Rəhbəri Aytən Abbaslı – İnsan Resursları Ekspert Qrupunun sədri;
2. “PAŞA Holding” MMC-nin İcraçı direktorun müavini, İnsan Resursları üzrə baş direktor Ad Boon – İnsan Resursları Ekspert Qrupunun üzvü;
3. “PAŞA Holding” MMC-nin Qrup üzrə İR texnologiyaları və data analitikası ekspertiza mərkəzinin rəhbəri Camal İsmayılov – İnsan Resursları Ekspert Qrupunun üzvü.

Qrupun əsas vəzifələri:
• İnsan Resursları Komitəsi Bankın insan resursları siyasətinin prioritet vəzifələrinə uyğunluq çərçivəsində ilkin araşdırmalar keçirmək və Bankın müvafiq Müşahidə Şurasına tövsiyələr vermək üçün yaradılmışdır.
• Komitə Bankın Müşahidə Şurasına mütəmadi olaraq hesabat verir.
• Komitə, Müşahidə Şurası tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində və Komitənin fəaliyyəti ilə bağlı müvafiq daxili qaydalara uyğun olaraq fəaliyyət göstərir.
• Komitənin işi Azərbaycan Respublikasının müvafiq qanunları, Bankın Komitəsinə dair daxili qaydalar, Müşahidə Şuraısnın qərarları, Səhmdarların Ümumi Yığıncağı və Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili sənədlər və öz qərarları ilə tənzimlənir.

(yenilənmə tarixi 02.06.2025)