Çap

Daxili Komitələr

İnsan Resursları üzrə Ekspert Qrup

İnsan Resursları üzrə Ekspert Qrupun Tərkibi:
1. Müşahidə Şurasının üzvü - Şahin Məmmədov – sədr;
2. “PAŞA Holding” MMC-nin Qrup Üzrə İR və İnzibati İşlər Departamentinin Direktoru - Aytən Abbaslı – müstəqil üzv;
3. “PAŞA Holding” MMC-nin qrup İR departamentinin İR Meneceri - Camal Şamil oğlu İsmayılov – müstəqil üzv.

Qrupun əsas vəzifələri:
• İnsan Resursları Komitəsi Bankın insan resursları siyasətinin prioritet vəzifələrinə uyğunluq çərçivəsində ilkin araşdırmalar keçirmək və Bankın müvafiq Müşahidə Şurasına tövsiyələr vermək üçün yaradılmışdır.
• Komitə Bankın Müşahidə Şurasına mütəmadi olaraq hesabat verir.
• Komitə, Müşahidə Şurası tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində və Komitənin fəaliyyəti ilə bağlı müvafiq daxili qaydalara uyğun olaraq fəaliyyət göstərir.
• Komitənin işi Azərbaycan Respublikasının müvafiq qanunları, Bankın Komitəsinə dair daxili qaydalar, Müşahidə Şuraısnın qərarları, Səhmdarların Ümumi Yığıncağı və Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili sənədlər və öz qərarları ilə tənzimlənir.

(yenilənmə tarixi 31.08.2023)

https://www.pashabank.az/daxili_komiteler,1697/lang,az/