Audit Komitəsinin Tərkibi:
1. Müşahidə Şurasının müstəqil üzvü Şirin Eldar qızı Əliyeva - Audit komitəsinin sədri;
2. Müşahidə Şurasının üzvü Şahin Çingiz oğlu Məmmədov - Audit komitəsinin üzvü;
3. Müşahidə Şurasının müstəqil üzvü - Georges Joseph Haimari - Audit komitəsinin üzvü.
1. Audit Komitəsinin təşkili və rolu:
1.1. Audit Komitəsi Bankda audit işini təşkil edən və Bankın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən idarəetmə orqanıdır.
1.2. Audit Komitəsi birbaşa və Daxili Audit Departamenti vasitəsilə Bankın maliyyə-təsərrüfat fəaliyyətinin tənzimlənməsi üzrə normativ-hüquqi aktlara, daxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasına nəzarəti həyata keçirir.
1.3. Audit Komitəsi risklərin idarə olunmasının, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsinə və inkişafına sistemli yanaşmaqla Bankın struktur bölmələrinin və işçilərinin, filial və nümayəndəliklərinin qanunvericiliyin tələblərinə riayət etməsinə nəzarət edir.
1.4. Audit Komitəsi Bankda mükəmməl nəzarət sisteminin mövcudluğunun və adekvatlığının təmin edilməsində Müşahidə Şurasına və İdarə Heyətinə köməklik göstərir.
(yenilənmə tarixi 10.07.2025)