Böyük Kredit Komitəsinin Tərkibi:
1. Müşahidə Şurasının üzvü - Şahin Məmmədov – sədr;
2. “PAŞA Holding” MMC-nin Biznes Qrup üzrə Direktor müavini - Vüqar Axundov – üzv;
3. “PAŞA Holding” MMC-nin Qrup üzrə Risklərin İdarəedilməsi departamentinin Risk Meneceri - Ruslan Həsənov – üzv.
4. “PAŞA İnvestment” MMC-nin İnvestisiya üzrə direktoru - Ülvi Bağırov – üzv;
5. “PAŞA Holding” MMC-nin Biznes Qrup üzrə Baş mütəxəssisi – Anna Mirzəyeva – üzv.

Komitə üzrə vəzifələr:
3.1 Komitənin məqsədi Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq, kredit risklərinin idarə edilməsi sahəsində Müşahidə Şurasına köməklik göstərməkdir.
Bu istiqamətdə Komitə aşağıdakı səlahiyyətlərə malikdir:
3.1.1 Bankın adından hüquqi şəxs və fərdi sahibkarlara dəyəri Müşahidə Şurası qərarı ilə müəyyən edilən məbləğədək kreditlərin verilməsi/kredit xətlərinin açılması, burada müəyyən olunmuş limitlərə riayət etmək şərti ilə, verilmiş kredit və ya açılmış kredit xətti limitinin artırılması, müddətinin uzadılması və digər şərtlərinin dəyişdirilməsi (kreditlərin restrukturizasiya məsələləri istisna olmaqla), belə kreditlər üzrə təminatın dəyişdirilməsi və azad edilməsinə dair qərarın qəbul edilməsi;
3.1.2 Bankın adından dəyəri Müşahidə Şurası qərarı ilə müəyyən edilən məbləğədək olan akkreditivlərin, qarantiyaların və kredit riski daşıyan digər balansarxası əməliyyatlar üzrə qərar verilməsi, qüvvədə olma müddətinin təyin edilməsi və uzadılması və burada müəyyən olunmuş limitlərə riayət etmək şərti ilə, digər şərtlərinin dəyişdirilməsi barədə qərar qəbul etmək;
3.1.3 Yuxarıda qeyd olunmuş 3.1.1 və 3.1.2-ci maddələrdə əksini tapan məsələlər üzrə limitlərin cəmi məbləği bir müştəri üzrə Müşahidə Şurası qərarı ilə müəyyən edilən limiti keçdiyi halda məsələyə (məsələlərə) ilkin rəy və təkliflərin verilməsi məqsədilə Komitə tərəfindən baxılır. Bu halda, məsələ Komitə tərəfindən baxıldıqdan, ilkin rəy və təkliflər verildikdən sonra Komitənin rəy və təklifləri ilə birgə Müşahidə Şurasının müzakirəsinə təqdim olunmalıdır;
3.1.4 Bankın kredit siyasətinə dair rəy və təklifləri Müşahidə Şurasına təqdim etmək;
3.1.5 Müşahidə Şurası tərəfindən Komitəyə təqdim edilmiş digər tapşırıqları yerinə yetirmək.

(yenilənmə tarixi 30.11.2023)