Təyinat və Mükafatlandırma Komitəsinin Tərkibi:
1. Müşahidə Şurasının üzvü Şahin Məmmədov – sədr;
2. “PAŞA Holding” MMC-nin Baş İcraçı Direktoru Cəlal Qasımov– müstəqil üzv;
3. “PAŞA Holding” MMC-nin Qrup Üzrə İR və İnzibati İşlər Departamentinin Direktoru Aytən Abbaslı – müstəqil üzv;
4. “PAŞA Holding” MMC-nin Biznes Qrupu Üzrə Direktor və İcraçı Direktorun Müavini Fərid Məmmədov – müstəqil üzv;
5. İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Xəyalə Mübariz qızı Nağıyeva - üzv.

Komitənin əsas vəzifələri:
• Bankın Təyinat və Mükafatlandırma Komitəsi ilkin araşdırma keçirmək və Bankın təyinat və mükafatlandırma siyasətinin prioritet vəzifələri ilə əlaqədar Bankın müvafiq Müşahidə Şurasına tövsiyələr vermək üçün yaradılmışdır.
• Komitə Bankın Müşahidə Şurasına mütəmadi olaraq hesabat verir.
• Komitə, Müşahidə Şurası tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində Komitənin fəaliyyəti ilə əlaqədar müvafiq daxili qaydalara uyğun olaraq fəaliyyət göstərəcəkdir.
• Komitənin işi Azərbaycan Respublikasının müvafiq qanunları, Komitəyə dair daxili qaydalar, Müşahidə Şurasının qərarları, Səhmdarların Ümumi Yığıncağı və Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili sənədlər və öz qərarları ilə tənzimlənir.

(yenilənmə tarixi 28.04.2021)