Strategiya və Büdcə Komitəsinin Tərkibi:
1. İdarə Heyətinin Üzvü, Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva – Sədr;
2. “PAŞA Holding” MMC-nin Biznes Qrupu Üzrə Direktor və İcraçı Direktorun Müavini Fərid Məmmədov – müstəqil Üzv;
3. İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev – Üzv;
4. Strategiya Departamentinin Direktoru Aqşin Mirzəzadə – Üzv;
5. “PAŞA Holding” MMC-nin Qrup üzrə Strateji idarəetmə departamentinin direktoru Teymur Hüseynov – müstəqil Üzv;
6. “PAŞA Holding” MMC-nin Qrup üzrə Maliyyə və İT Departamentinin direktoru Murad Süleymanov – müstəqil Üzv;
7. “PAŞA Bank” ASC-nin İdarə Heyəti Sədrinin Məsləhətçisi Turxan Mahmudov – müstəqil Üzv.

3. Komitənin əsas vəzifələri
3.1 Komitənin fəaliyyət sahəsi ilə əlaqədar hesabatların və digər sənədlərin nümunə formalarını tərtib etmək;
3.2 Bankın Biznes Planı ilə əlaqədar:
• Bankın İdarə Heyəti tərəfindən hazırlanmış Biznes Plan layihəsi ilə bağlı Bankın Müşahidə Şurasına rəy və təkliflərini bildirmək;
• Biznes Planın icra olunması ilə əlaqədar təqdim olunan monitorinq hesabatları ilə bağlı Bankın Müşahidə Şurasına rəy və təkliflərini bildirmək;
• Bankın mövcud Biznes Planına İdarə Heyəti tərəfindən Bankın Müşahidə Şurasına təqdim olunmuş düzəlişlər ilə bağlı rəy və təkliflərini bildirmək;
3.3 Bankın Büdcəsi ilə əlaqədar:
• Təqdim edilmiş büdcə layihələri ilə əlaqədar Bankın Müşahidə Şurasına rəy və təkliflərini bildirmək;
• Büdcənin icra olunması ilə əlaqədar İdarə Heyəti tərəfindən Bankın Müşahidə Şurasına təqdim olunacaq monitorinq hesabatlarını rüblük əsasda təhlil etmək və Bankın Müşahidə şurasına kənarlaşmaların əsas səbəbləri haqqında rəy bildirmək;
• Səmərəliliyi artırmaq və büdcə hədəflərinə nail olmaq məqsədi ilə təkliflərini Müşahidə Şurasına etmək.

(yenilənmə tarixi 04.11.2019)