Riskləri İdarəetmə Komitəsinin Tərkibi:
1. Müşahidə Şurasının üzvü - Şahin Məmmədov – sədr;
2. “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının üzvü – Fərid Axundov – üzv;
3. “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının müstəqil üzvü – Corc Cosef Haimari – üzv.

Komitə üzrə vəzifələr:
• Risklərin idarə edilməsi strategiyasına, siyasətinə və qaydalarına, habelə onlara dəyişikliklərə baxmaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
• Risk limitlərinə baxmaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
• Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən etmək;
• Bankın məruz qaldığı risklərin vəziyyəti və risklərin idarə edilməsi sisteminin effektivliyi barədə hesabat hazırlamaq və Müşahidə Şurasına təqdim etmək;
• Bank üzərinə götürdüyü risklərin Bankın risklərin idarə edilməsi strategiyasına uyğunluğunun monitorinqini aparmaq;
• Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər təqdim etmək;
• Risklərin idarə edilməsi bölməsinin işini qiymətləndirmək və qiymətləndirmənin nəticələri barədə Müşahidə Şurası və İdarə Heyətini məlumatlandırmaq;
• Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin və bankdaxili digər komitələrin səlahiyyətləri ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
• İdarə Heyəti ilə birgə fövqəladə hallar planına baxmaq və Müşahidə Şurasına təqdim etmək;
• Risklərin idarə edilməsi bölməsinin rəhbərinin vəzifəyə təyin olunmasına dair Müşahidə Şurasına təqdimat vermək;
• Qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri icra etmək.

(yenilənmə tarixi 13.12.2024)