Çap

Daxili Komitələr

Riskləri İdarəetmə Komitəsi

Riskləri İdarəetmə Komitəsinin Tərkibi:
1. Müşahidə Şurasının üzvü - Şahin Məmmədov – sədr;
2. “PAŞA Holding” MMC-nin Qrup üzrə Risklərin İdarə Edilməsi departamentinin direktoru - Asəf Hüseynov - üzv;
3. “PAŞA Holding” MMC-nin Biznes Qrup Nümayəndəsi Vüqar Axundov - üzv;
4. “PAŞA İnvestment” MMC-nin İnvestisiya üzrə direktoru Ülvi Bağırov - üzv;
5. İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva - üzv;
6. İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev - üzv;
7. İdarə Heyətinin üzvü Calal Orucov - üzv;
8. Audit Komitəsinin Sədri (səsvermə hüququ olmadan) – Pərvin Əhədzadə.

Komitə üzrə vəzifələr:
• Risklərin idarə edilməsi strategiyasına, siyasətinə və qaydalarına, habelə onlara dəyişikliklərə baxmaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
• Risk limitlərinə baxmaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
• Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən etmək;
• Bankın məruz qaldığı risklərin vəziyyəti və risklərin idarə edilməsi sisteminin effektivliyi barədə hesabat hazırlamaq və Müşahidə Şurasına təqdim etmək;
• Bank üzərinə götürdüyü risklərin Bankın risklərin idarə edilməsi strategiyasına uyğunluğunun monitorinqini aparmaq;
• Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər təqdim etmək;
• Risklərin idarə edilməsi bölməsinin işini qiymətləndirmək və qiymətləndirmənin nəticələri barədə Müşahidə Şurası və İdarə Heyətini məlumatlandırmaq;
• Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin və bankdaxili digər komitələrin səlahiyyətləri ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
• İdarə Heyəti ilə birgə fövqəladə hallar planına baxmaq və Müşahidə Şurasına təqdim etmək;
• Risklərin idarə edilməsi bölməsinin rəhbərinin vəzifəyə təyin olunmasına dair Müşahidə Şurasına təqdimat vermək;
• Qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri icra etmək.

(yenilənmə tarixi 06.08.2021)

https://www.pashabank.az/daxili_komiteler,739/lang,az/