Hesablaşma-kassa xidmətləri

PAŞA Bank kart sahiblərinə manat və digər valyutalarda rahat hesablaşma-kassa xidmətlərini və bu sahədə tam məsləhət dəstəyini təqdim edir. Hesablaşma-kassa xidmətləri müxtəlif növ nağd və nağdsız əməliyyatları əhatə edir.

Cari hesabların açılması

Hesablaşma-kassa xidmətlərinin göstərilməsi üçün PAŞA Bank müştərilərə manat və digər valyutalarda cari hesabın açılmasını və hesab üzrə tam kompleks xidmətləri təklif edir.

Cari hesaba pul vəsaitinin mədaxili

Cari hesaba pul vəsaiti nağd və nağdsız formada mədaxil edilə bilər. Hesaba mədaxil həm hesab sahibi tərəfindən, həm də onun səlahiyyətli şəxsi tərəfindən Sizin hesaba bank köçürmələri vasitəsilə həyata keçirilir.

Yerli və xarici valyutalarla ödənişlər

Müştərinin tapşırığı əsasında cari hesabından Azərbaycanda və xaricdə olan hesablar yerli və xarici valyutalarla ödənişlər həyata keçirilir. PAŞA Bankın S.W.I.F.T., AZİPS və XÖHKS ödəniş sistemlərinin üzvü və bir sıra nüfuzlu xarici banklarla müxbir əlaqələrinə malik olması ölkə daxili və xarici bank köçürmələrinin operativliyini təmin edir.

Daimi ödəniş tapşırığı

Müştərilərin PAŞA Banka təqdim etdiyi daimi ödəniş tapşırığı əsasında mütəmadi təkrarlanan ödənişlər nəzərdə tutulan vaxtlarda həyata keçirilir, beləliklə hər dəfə ödəniş tapşırığının hazırlanmasına və banka təqdim edilməsinə ehtiyac yaranmır, müştərinin vaxtına qənaət edilir.

Daimi ödəniş tapşırığı sifarişini yerinə yetirmək üçün Bankın Biznes Mərkəzlərində Müştəri Xidmətinin əməkdaşlarına müraciət edə bilərsiniz.

Valyuta mübadiləsi (konvertasiya xidməti)

Hesablaşma-kassa xidmətləri çərçivəsində müştəri pul vəsaitinin həm nağd, həm də nağdsız formada valyuta mübadiləsini (yerli və xarici valyutalar arası konvertasiyasını) həyata keçirə bilər.

Hesab üzrə sənədlərin verilməsi

Hesablaşma-kassa xidmətləri çərçivəsində hesablar üzrə vəsaitlərin qalığı və hərəkəti barədə müştərinin istəyinə əsasən çıxarış, məktub və digər təsdiqedici sənədlər təqdim edilir.

Hesablaşma-kassa əməliyyatları Bankın qüvvədə olan Tarifləri və tərəflər arasında imzalanan Müqavilə ilə tənzimlənir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.