Törəmə maliyyə alətləri (derivativlər) birja platformasının tərkib hissəsidir və fond bazarında olan adətən ikinci növ qiymətli kağızlara deyilir. PAŞA Bank istiqrazlar və valyutalar üzrə bu xidməti müştərilərə təqdim edir.

PAŞA Bank yerli və beynəlxalq valyuta bazarlarında aşağıda maliyyə alətlərinin alışı və satışı əməliyyatlarını təklif edir.

• Forward (Forvard)
• SWAP (Svap)
• Option (Opsion)

Bu müqavilələrin həyata keçirilməsi üçün birja deyil, iştirakçılar özləri məsuliyyət daşıyır. PAŞA Bank müştərilərə razılaşmaların təşkili və idarə olunması xidmətini təklif edir.

Forward (Forvard)

Forward gələcəkdə razılaşdırılmış qiymətə qiymətli kağızları və valyutaları almaq və ya satmaq üçün öhdəlikdir.
Forward tərəflər arasında birjadan kənar bağlanan müqavilədir.

Misal olaraq, şirkət müqaviləyə əsasən qarşı tərəf ilə razılaşır ki, gələcəkdə təyin olunan gün ərzində istiqraz və ya valyutanın razılaşdırılmış qiymətə satışı/alışı həyata keçiriləcək. Gələcəkdə təyin edilən gün yarana biləcək qiymət fərqi müqaviləyə təsir etmir, çünki qiymət dəyişikliyindən asılı olmayaraq satış/alış razılaşdırılmış qiymət əsasında həyata keçiriləcək.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya ibd@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

SWAP (Svap)

SWAP razılaşmasına əsasən Alıcı razılaşdırılmış gündə Satıcıdan müəyyən qiymətli kağızları və ya valyutaları razılaşdırılmış qiymətə alır və razılaşdırılmış digər gündə və qiymətə qarşı tərəfə geri satır. Hər iki tərəf gələcəkdə yarana biləcək qiymət dəyişikliyinə məruz qalmadan müqavilə ilə razılaşdırılan qiymətlərə əsasən əməliyyatları həyata keçirirlər.

Forward üzrə bir əməliyyat həyata keçirildiyi halda, SWAP iki əməliyyatın həyata keçirilməsini nəzərdə tutur. Misal olaraq, Forward müqaviləsi ilə 2 ay sonra istiqrazların razılaşdırılmış qiymətə satışı nəzərdə tutula bilər. SWAP müqaviləsi isə 2 ay sonra istiqrazların razılaşdırılmış qiymətə satışını, 3 ay sonra isə digər razılaşdırılmış qiymətə geri alınmasını nəzərdə tuta bilər.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya ibd@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

Option (Opsion)

Opsion gələcəkdə razılaşdırılmış qiymətə qiymətli kağızları və valyutaları almaq və ya satmaq üçün öhdəlikdir. Opsion tərəflər arasında birjadan kənar bağlanan müqavilədir. Seçim Alıcı və Satıcı arasında razılaşdırılır və birja hər iki tərəfin zəmanətçisi kimi çıxış edir.

Forward müqaviləsindən fərqli olaraq Opsion razılaşmasına əsasən Şirkət təyin edilən gündə alqı-satqı əməliyyatını həyata keçirməmək hüququna malikdir. Alqı-satqı həyata keçirilərsə, razılaşdırılmış qiymətlər tətbiq edilir və yarana biləcək qiymət fərqi əməliyyata təsir etmir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya ibd@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.