Müasir dünyada şirkətlərin risk hedcinqinə, qarşı tərəflərlə çevik hesablaşma şərtlərinə, qoyulmuş vəsaitlərin minimum gəlir səviyyəsinə zəmanətin verilməsinə ehtiyacı vardır. Bütün bunlar törəmə maliyyə alətlərinin, və ya derivativlərin köməyi ilə edilə bilər. Derivativlər dövriyyə iştirakçılarına fəaliyyətləri çərçivəsində yaranan kredit, faiz, pul, valyuta risklərinə nəzarət etməyə kömək edir.
Derivativlər hər hansı baza aktivini (valyutalar, qiymətli kağızlar, əmtəə və bu kimi digər maliyyə alətləri) əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Derivativi almış investor onun əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə gələcəkdə alış və ya satış hüququnu təsbit edən müqaviləsini əldə etmiş olur.
“PAŞA Bank” vasitəsilə şirkətlər aşağıdakı derivativlərdən faydalana bilər.
Forvard
Forvard - tərəflər arasında birjadan kənar gələcəkdə razılaşdırılmış qiymətə almaq və ya satmaq üçün öhdəlikdir. Qeyd etmək lazımdır ki, müqavilənin bitmə tarixinə qədər vəsait dövriyyəsi baş tutmur.
İndikativ qiymətlərUSDAZN | Spot | Forvard |
1 il | 1.7 | 1.798 |
Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya treasury@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
Opsion
Opsion - alıcıya valyutanı müəyyən bir tarixdə və məzənnə ilə almaq və ya satmaq ÖHDƏLİYİ yox, HÜQUQU verən bir müqavilədir. Tərəflər arasında pul mübadiləsi bitmə tarixinə qədər baş tutmur və müştəri müqaviləyə əsasən komissiyanı banka ödəyir.
İndikativ qiymətlərUSDAZN | 1.7 | 1.8 | 1.85 | 1.9 |
6 ay | 5.00% | 4.90% | 4.80% | 4.70% |
9 ay | 5.50% | 5.40% | 5.30% | 5.20% |
1 il | 6.00% | 5.90% | 5.80% | 5.60% |
Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya treasury@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
İVD (İkili Valyuta Depoziti)
Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya treasury@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
Əmtəə məhsullar üzrə fyuçers
Əmtəə məhsullar üzrə fyuçers müqaviləsi, bazar iştirakçılarına aktivin zamanla qiymət dəyişikliyinin əvəz edilməsinə və ya riskin öz üzərinə götürməsinə imkan verən bir maliyyə alətidir.
Paşa Bank sizə aşağıdakı əmtəələr üzrə hedcinq təklif edir:
1. Metal (Alüminium, mis, dəmir, qurğuşun, nikel, sink, qızıl, gümüş)
2. Kənd təsərrüfatı (buğda, kakao, kofe, qarğıdalı, pambıq, soya, şəkər)
3. Enerji (neft, qaz, aviasiya yanacağı)
4. Və s.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya treasury@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.