PAŞA Bank Sizə Azərbaycanın bütün ərazisində MilliÖN ödəmə sisteminin terminalları vasitəsilə vəsaitlərin sadə və əlverişli köçürmə üsulundan istifadə etməyi təklif edir. Bu məhsul Sizə aşağıdakı üstünlükləri verir:
• Vəsaitlərin cari, kredit və kart (əmək haqqı kartları istisna) hesablarına köçürülməsi, bu, Sizi Banka şəxsən getmək zərurətindən azad edir.
• Mədaxil iş günü edildikdə vəsaitlərin dərhal, qeyri-iş günü (şənbə, bazar və bayram günləri) edildikdə isə növbəti iş günü karta/hesaba köçürülməsi Sizin vaxtınıza qənaət edir.
• Terminallar həm yerli, həm də xarici valyutanı qəbul edir (USD, EUR, RUB).
• Həm ödəyici, həm də vəsaitləri alan üçün komissiyanın tətbiq edilməməsi, Sizi artıq xərclərdən azad edir.

İstifadə qaydaları

Slayd 1. Əsas səhifədən "Bank xidmətləri" bölməsini seçin və "İrəli" düyməsini basın.
Slayd 2. "PAŞA Bank" seçin və "İrəli" düyməsini basın.
Slayd 3. "Müştərinin İD nömrəsi"ni*, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini** və ya VÖEN daxil edin*** və "İrəli" düyməsini basın.
* Müştərinin İD nömrəsi dedikdə, PAŞA Bankda hesab açmış müştəriyə bank tərəfindən təqdim edilmiş indentifikasiya nömrəsi nəzərdə tutulur.
** Mədaxili fiziki şəxsin hesabına edirsinizsə Şəxsiyyət Vəsiqəsinin seriya nömrəsini AZEXXXXXXXX formatında daxil edin.
*** Mədaxili hüquqi Şəxsin və yaxud VÖEN əsasında Fərdi Sahibkarlıqla məşğul olan fiziki şəxsin hesabına edirsinizsə VÖEN nömrəsini daxil edin.
Slayd 4. Əlavə etdiyiniz məlumatın dəqiq olduğuna əmin oduqdan sonra "Bəli" düyməsini basın.
Slayd 5. Kart/hesab növünü seçin və "İrəli" düyməsini basın.
Slayd 6. Mədaxil valyutasını seçin və "İrəli" düyməsini basın.
Slayd 7. Lazımi məbləği daxil edin və "İrəli" düyməsini basın.
Əməliyyat uğurla yerinə yetirildikdən sonra mədaxili təsdiqləyən qəbzi götürməyi unutmayın. Mədaxil sonrası yarana biləcək hər hansı çətinliyin araşdırılması üçün qəbzin təqdim edilməsi vacibdir.