PAŞA Bank ticarət və xidmət müəssisələrinə kartla nağdsız ödənişlərin qəbulu üçün POS terminal xidmətini təqdim edir.

POS terminal xidmətinin imkanları və üstünlükləri:

- Kart istifadəçilərinin nağdsız ödənişləri nəticəsində satış həcminin artması
- Kredit kartlarına sahib olan daha yüksək ödəniş qabiliyyətli müştərilərin alışları nəticəsində satışların artması
- Kassada nağd vəsaitlərin qəbulu və sayılması üzrə iş yükünün azalması
- Nağd vəsaitlərin inkassasiya edilməsinə ehtiyacın azalması, nağd pulun qəbulu, saxlanması və daşınması ilə bağlı yaranan risklərin azalması
- Müştərilərə qaytarılması üçün kiçik əsginaslara və qəpiklərə ehtiyacın azalması - Kassada saxta pulların qəbulu riskinin azalması

POS-terminal xidməti sahəsində əlavə imkanlar:

- POS terminal xidməti, xüsusilə təmassız POS terminal və POS terminalın kassa aparatı ilə inteqrasiyası sayəsində kassada ödənişlərin sürətlənməsi və növbələrin azalması
- Virtual POS xidməti vasitəsilə yeni satış kanalının (internet mağaza və sayt) yaranması nəticəsində satışların artması, eləcə də ənənəvi satış kanalları olan mağazalarda və ofislərdə müxtəlif növ xərclərin (icarə, işçilərin məvacibi və s.) azalması

PAŞA Bank satış və xidmət müəssisələrində POS terminallar quraşdırılan zaman satıcıların və xəzinədarların terminaldan istifadə ilə bağlı tam təlimatlandırılmasını həyata keçirir.