18/03/2011

Ernst and Young müstəqil auditorlar şirkəti PAŞA Bankın 2010-cu ilin sonuna olan maliyyə vəziyyəti haqqında hesabatı üzrə öz rəyini verdi. PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Cənab Şahin Məmmədov 28 fevral 2010-cu il tarixində dərc olunmuş audit hesabatını şərh etdi.

Bankın aktivləri 512,304 min manat (642,065 min ABŞ dolları) həddinə çatmışdır ki, bu da keçən ilin müvafiq göstəricisindən 67% faiz çoxdur, bu məbləğin 37% faizi müştərilərə verilmiş kreditlərdən, 31% faizi qiymətli kağızlar portfelindən, 26% faizi nağd vəsaitlərdən və nağda bərabər tutulmuş vəsaitlərdən, 5% faizi banklararası kreditlərdən, və s. aktivlərdən ibarətdir. Ümumi kredit portfeli 2009-cu ilə nisbətən 1,6 dəfə artaraq 196,081 min manat təşkil etmişdir. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 4.2% faiz təşkil etmişdir.

Bankın ümumi portfelindəki qeyri-işlək kreditlərin payı 0,6% faizdir. Keçən il bu müvafiq göstərici 0,3% faiz təşkil etmişdir. Bankın əməliyyat gəlirləri 30,334 min manat təşkil etmişdir ki, bu da 2009-cu il ilə müqayisədə 34% artım deməkdir. 2010-cu il ərzində əldə olunan xalis mənfəət 2009-cu illə müqayisədə 14% faiz azalaraq 13 871 min manat təşkil etmişdir. Buna səbəb kimi bazarda kreditləşmə üzrə orta faiz dərəcələrinin azalması, Bankımızda banklararası və müştərilərin maliyyələşdirilməsi üzrə ehtiyat fondunun qiymətləndirilməsi metodologiyasında dəyişiklərin edilməsi səbəblərini sadalamaq olar. Bankın faiz gəliri 33,842 min manat təşkil etmişdir, qeyri-faiz gəlirləri 2 dəfə artaraq 5,258 min manat, işçilərlə əlaqədar olan xərclər 1,7 dəfə artaraq 5,680 min manat təşkil etmişdir. Postmaliyyələşdirmə də daxil olmaqla sənədli əməliyyatların həcmi 37,116 min manat təşkil etmişdir ki.

Səhmdar kapitalı üzrə gəlirlilik əmsalı (ROE) 18,2% (2009 - 16,9%), aktivlər üzrə gəlirlilik əmsalı (ROA) 4.1% (2009 - 5,5%), likvidlik əmsalı 171% (2009 - 77%), kapitalın adekvatlığı əmsalı 62% (2009 - 77%) təşkil etmişdir. Bank həm mənfəətinə həm də aktivlərin həcminə görə bazarda 5-ci yeri tutur.