11/08/2009
11 avqust 2009-cu il tarixində “PAŞA Bank” ASC yeni qurğusu olan “cash exchange machine”-ı sistemə qoşub istifadəyə verdi.
Hal-hazırda yerli bazarda yeganə olan bu avtomatik mübadilə qurğusu “Şüvəlan-Park” biznes mərkəzinin PAŞA Banka aid e-Terminalında yerləşir. Istifadə üçün əlverişli olan bu qurğu vasitəsilə müştərilər yerli və xarici valutanın alışı (AZN və USD) və satışı (AZN, EUR və USD) ilə bağlı bayram və istirahət günləri də daxil olmaqla həftənin bütün günləri əməliyyatlar həyata keçirə biləcəklər.