01/04/2009
BBVB 1 aprel 2009-cu ildə "PAŞA Bank" ASC Birja Elektron Ticarət Sisteminin (BEST) valyuta ticarəti əməliyyatlarının tam hüquqlu valyuta market-meykeri olmaqla ölkənin birja valyuta bazarının növbəti inkişafına öz əməyini gətirdi.
Market-meykerlərin əsas vəzifəsi - ticarət sessiyası ərzində valyutanın alqı-satqısına dair sorğu təqdim etməklə, müəyyən vasitə üzrə likvidliyi təmin etmək öhdəliyini öz üzərinə götürməkdir.
Bakı Banklararası Valyuta Birjası (BBVB) ilə razılığa əsasən, bank USD/AZN T+0 dərəcəsi ilə ticarəti yalnız BEST sistemində aparmağı öz öhdəsinə götürür. Bankı gündəlik ticarət üzrə birja komissiya ödənişlərindən azad etməklə 1000 AZN-ə bərabər aylıq dəyişməz komissiya haqqı müqabilində BEST sistemi öz növbəsində uzun müddət ərzində valyuta əməliyyatları aparmağa, müxtəlif kurslar əsasında müqavilələr bağlamağa, valyutalar üzrə elektron ticarəti həyata keçirməyə, cari məlumatı
BEST Bakı Banklararası Valyuta Birjasının 2002-ci ildə hazırlanmış və qeydiyyata alınmış ticarət markasıdır.