21/09/2023

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” növbəti dəfə “SIBOS” beynəlxalq sərgisində iştirak edib.

18-21 sentyabr tarixlərində Kanadanın Toronto şəhərində keçirilən sərgi beynəlxalq maliyyə icmasının 9000-dən çox üzvünü bir araya gətirib. “Fraqmentləşmiş dünyada vahid maliyyə” mövzusuna həsr olunan builki sərgidə 500-dən çox spiker 250-dən artıq sessiyada dayanıqlı və inklüziv maliyyə sənayesinin gələcəyini qurmaq üçün öz təcrübəsini iştirakçılarla bölüşüb.

Qeyd edək ki, “PAŞA Bank”, ənənəvi olaraq keçirilən “SIBOS” sərgisinə qatılmaqla ən yaxşı beynəlxalq təcrübələri mənimsəməyi, yerli maliyyə bazarında ən müasir trendləri daha da əlçatan etməyi hədəfləyir.