21/06/2023

“PASHA Private Banking” ofisində incəsənət sərgisi keçirilir

“PASHA Private Banking” öz müştərilərini sənət dünyasının həyəcanı və dəyəri ilə birbaşa təmasda saxlayaraq tanınmış rəssamların əsərlərini nümayiş etdirir. “PASHA Private Banking” ofisinin daxilində incəsənət dünyası ilə “private banking” arasında körpü yaradır, müştərilərə incəsənətə yatırım etməklə yanaşı, öz sərvətlərinin etibarlı şəkildə idarəolunmasını təklif edir.

Artıq ənənə halını almış sərgidə ən tanınmış yerli rəssamlar Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Əmrullah İsrafilov, Anar Yolçiyev, Əbülfəz Fərəcoğlu, Yelena Haqverdiyeva və Namiq Məmmədovun əsərləri yer alır.

Sərgidə nümayiş olunan əsərləri uzunmüddətli investisiya strategiyası çərçivəsində əldə etmək istədiyinizdə sənət sərmayəsi ilə bağlı fərdi məsləhətlər əldə etmək mümkündür.

Əsərlərlə Yusif Məmmədəliyev küçəsi, 15 ünvanında yerləşən “PASHA Private Banking” ofisinə yaxnlaşmaqla daha yaxından tanış olmaq mümkündür. Burada həm sənət əsərlərini canlı izləyə, həm də müəllifi haqqında ətraflı məlumat ala bilərsiniz.

Qeyd edək ki, sənət əsərləri ilə bankın müştərisi olmadan da tanış olmaq və əsərləri əldə etmək mümkündür. *1230 prioritet xəttinə zəng etməklə öncədən görüş təyin etmək kifayətdir. “PASHA Private Banking” ofisi həftə içi hər gün 9:30-dan 17:00-a qədər xidmətinizdədir.