03/10/2022

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” İT sahəsinə dair trendləri daha da əlçatan etməyə davam edir. Belə ki, Bank tərəfindən növbəti DevOpsTalks by PASHA Bank” tədbiri keçirilib.

Sentyabr ayının 28-də “Techaz Media” şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirdə “DevOps” mütəxəssisləri, proqramçılar, sistem mühəndisləri və İT menecerləri iştirak edib.

İT sahəsinin ən aktual məsələlərinin və inkişaf perspektivlərinin səsləndirildiyi bu tədbirdə “Chaos Engineering in Front-end” və “Kodlaşdırılmış İnfrastruktur (IaC)” əsas müzakirə mövzuları olub. Spikerlər bu mözvular ətrafında öz təcrübələrini paylaşıb və iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirib.

Xatırladaq ki, “PAŞA Bank”, ölkədə İT sahəsinin inkişafına töhfə vermək, həmçinin bu sahədə ən son trendləri və təcrübələri paylaşmaq üçün ”DevOpsDays”, “Rəqəmsal zirvələr” konfransı, “hackathon”lar və bir sıra layihələr həyata keçirib.