01/06/2022

Sosial layihələrin təşəbbüskarı olan “PAŞA Bank” bu istiqamətdəki fəaliyyətini davam etdirərək, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti tədbirini keçirib. Belə ki, Bank tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində olan sığınacağa səfər təşkil olunub.

Bank tərəfindən burada məskunlaşmış uşaqlara rəsm ləvazimatları təqdim edilib. Çəkdikləri rəsmlərlə öz yaradıcı potensiallarını nümayiş etdirən uşaqlar təxəyyül gücləri ilə hər kəsi heyran qoyub. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”, bu növ təşəbbüslərin həyata keçirilməsini davam etdirəcək.