20/03/2022

Korporativ sosial məsuliyyətli təşkilat olan “PAŞA Bank” Novruz bayramı ərəfəsində növbəti xeyriyyə kampaniyasını keçirib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən təşəbbüs çərçivəsində mart ayının 17-də Sumqayıt şəhərində məskunlaşmış ahıllarla və aztəminatlı ailələrlə görüş təşkil olunub. Ümumilikdə 100 nəfərə Bankın bayram sovqatı çatdırılıb.

Qeyd edək ki, Bank, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan bir sıra təşəbbüslərə dəstək verib. Ötən il Novruz və Ramazan bayramları ərəfəsində baş tutan xeyriyyə kampaniyaları bu təşəbbüslər sırasındadır.