Riskləri İdarəetmə Komitəsinin Tərkibi:
 1. Müşahidə Şurasının üzvü - Şahin Məmmədov – sədr;
 2. “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının müstəqil üzvü – Georges Haimari – üzv;
 3. Müşahidə Şurasının müstəqil üzvü – Şirin Eldar qızı Əliyeva – üzv.
Komitə üzrə vəzifələr:
 • Risklərin idarə edilməsi strategiyasına, siyasətinə və qaydalarına, habelə onlara dəyişikliklərə baxmaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
 • Risk limitlərinə baxmaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
 • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən etmək;
 • Bankın məruz qaldığı risklərin vəziyyəti və risklərin idarə edilməsi sisteminin effektivliyi barədə hesabat hazırlamaq və Müşahidə Şurasına təqdim etmək;
 • Bank üzərinə götürdüyü risklərin Bankın risklərin idarə edilməsi strategiyasına uyğunluğunun monitorinqini aparmaq;
 • Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər təqdim etmək;
 • Risklərin idarə edilməsi bölməsinin işini qiymətləndirmək və qiymətləndirmənin nəticələri barədə Müşahidə Şurası və İdarə Heyətini məlumatlandırmaq;
 • Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin və bankdaxili digər komitələrin səlahiyyətləri ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
 • İdarə Heyəti ilə birgə fövqəladə hallar planına baxmaq və Müşahidə Şurasına təqdim etmək;
 • Risklərin idarə edilməsi bölməsinin rəhbərinin vəzifəyə təyin olunmasına dair Müşahidə Şurasına təqdimat vermək;
 • Qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri icra etmək.
(yenilənmə tarixi 24.04.2025)