PAŞA Bank həm yerli, həm beynəlxalq valyutalarda yerli və xarici banklara müxbir hesabların açılması və hesablaşmaların aparılması sahəsində əməkdaşlıq imkanı təklif edir.

Dünyanın aparıcı bankları ilə yaradılmış tərəfdaşlıq əlaqələri bütün dünya üzrə hesablaşmaların operativ və təhlükəsiz həyata keçirilməsinə təminat verir.

PAŞA Bankın müxbir hesablaşma əməliyyatlarının əsas xüsusiyyətləri:

• Müştərilər və beynəlxalq banklararası ödənişlərin münasib şərtlərlə həyata keçirilməsi
• Multivalyuta müxbir hesablarının açılması və idarə edilməsi
• AZN, EUR, USD və digər valyutalarda birbaşa nostro hesabların mövcudluğu
• Yerli və beynəlxalq valyutalarda avtomatik kredit avizolarının təqdim edilməsi

Aşağıda Siz müxtəlif xarici ölkələrdə elan edilmiş qeyri-iş günlərinin siyahısı ilə tanış ola bilərsiniz. Qeyd edək ki, siyahıda göstərilən tarixlərdə beynəlxalq bank əməliyyatlarının həyata keçirilməsində müəyyən məhdudiyyətlər ola bilər.

Tarix Valyuta Ölkə
08/01/2018 JPY Yaponiya
UAH Ukrayna
12/01/2018 TMT Türkmənistan
15/01/2018 USD Amerika Birləşmiş Ştatları
19/01/2018 GEL Gürcüstan

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya fi@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.