20/12/2014

2014-cü ildə PAŞA Bank və “Junior Achievement Azerbaijan” təşkilatı Bakı və Quba (ölkənin şimalında yerləşən rayon) şəhərlərində yaşayan gənclərin sahibkarlıq bacarıqlarının yaradılması və inkişafı məqsədini daşıyan “Davamlı Müəssisənin yaradılması” adlı birgə layihəni həyata keçirdi. Layihə tərəfindən sahibkarlıq fəaliyyətinə xüsusi marağı olan 18-27 yaş arasında təxminən 60 nəfər gənc seçilmiş, onlar kiçik və orta ölçülü müəssisələrin yaradılması üçün tələb olunan təlim və dəstəyi almışlar. Layihə iştirakçılara proqramın həyata keçirildiyi müddətdə yardım üçün məsləhət xidməti göstərir, gənc sahibkarlar paylama və satış kanallarını tədqiq edir, maliyyənin davamlılığı üçün öz məhsul və xidmətlərini təbliğ etməyi öyrənirlər. Layihə gənclərə bilikli sahibkar və məsuliyyətli vətəndaş olmağı öyrədir.