20/12/2014

2012-ci ildən etibarən, PAŞA Bank Azərbaycanın Gənc Tələbə Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də, özəl və dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək rəhbərlərin inkişafını möhkəmləndirmək məqsədini daşıyan təqaüd layihəsini həyata keçirir.

Layihə istedadlı gənclərə - akademik üstünlüyü, rəhbərlik potensialını nümayiş etdirən və ictimai cəhətdən fəal olan tələbələrə dəstək göstərir. Biz riyaziyyat, iqtisadiyyat, maliyyə, audit və əlaqədar mövzularda üstünlüyə malik olan tələbələr üçün təqaüd təmin edirik.

Təqaüd proqramının seçilməsində üstünlük yarışlarda və tələbə müsabiqələrində fəal şəkildə iştirak edən, ictimai fəaliyyətə cəlb olunan, o cümlədən, istər fərdi, istərsə də peşəkar baxımdan davamlı inkişafa can atan tələbələrə verilir. Təqaüd proqramımız ən yaxşı tələbələri daha səylə işləməyə sövq etməklə yanaşı, onları ictimai baxımdan daha məsuliyyətli gələcək nəsli formalaşdırmağa həvəsləndirir. Təqaüd proqramının əsas məqsədi gənclərin məlumatlılığını inkişaf etdirmək, ölkənin gələcək inkişaf və nailiyyətlərinə xidmət göstərə bilən intellektual potensiallı və istedadlı şəxslərə dəstək olmaq, onları tanıtmaq və mükafatlandırmaqdan ibarətdir.

2012-ci ildə tərəfimizdən il ərzində aylıq 100 AZN dəyərində təqaüd alan 12 tələbə seçilmişdir.